Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev Enerji sahəsində əməkdaşlığı müzakirə etmək məqsədi ilə Albaniyada rəsmi səfərdə olacaq -

Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev Enerji sahəsində əməkdaşlığı müzakirə etmək məqsədi ilə Albaniyada rəsmi səfərdə olacaq

Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev Albaniyanın Tirana şəhərində keçiriləcək Enerji sahəsində əməkdaşlığın müzakirə olunması məqsədi ilə 18-20 dekabr 2014-cü il tarixində bu ölkədə rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyevin Albaniyanın Energetika və sənaye naziri cənab Damian Qjiknuri ilə görüşü nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri layihəsi (TAP), eləcə də Albaniya daxilində mövcud qaz bazarının inkişaf potensialı barədə fikir mübadiləsinin aparılması planlaşdırılır. Hər iki ölkə nazirinin mətbuat üçün birgə brifinqi də nəzərdə tutulub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !