Sahil qəsəbəsi yaxınlığındakı günəş elektrik stansiyasında artıq iki minə yaxın günəş paneli quraşdırılıb -

Sahil qəsəbəsi yaxınlığındakı günəş elektrik stansiyasında artıq iki minə yaxın günəş paneli quraşdırılıb

Prezident İlham Əliyevin respublikadakı alternativ mənbələr hesabına enerji hasilatının artırılmasına dair tapşırıqlarına əsasən, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən yol qovşaqları və rayon tipli günəş elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu ilin ortalarından etibarən “Azalternativenerji” MMC tərəfindən inşasına başlanılan Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı günəş elektrik stansiyasında artıq iki minə yaxın günəş paneli quraşdırılıb.

AzərTAc xəbər verir ki, müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulan bu stansiyanın inşası üçün 6 hektar ərazi ayrılıb. Ümumi gücü 3 meqavat olacaq günəş elektrik stansiyasının tam istifadəyə verilməsi isə gələn ilin ortalarına planlaşdırılıb. Stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılacaq. Stansiyanın tikintisində əsas məqsəd ətraf ərazinin yol-nəqliyyat sisteminin elektrik enerjisi ilə təmin olunmasıdır ki, bu da 30 kilometr yolun alternativ enerji sayəsində işıqlandırılmasını mümkün edə bilər.

Stansiyanın inşasında Sumqayıt şəhərindəki “Azgüntex” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan günəş panellərindən istifadə edilir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !