İRƏLİ İB Könüllülük Akademiyasına start verdi - FOTO

“İRƏLİ” İB Könüllülük Akademiyasına start verdi FOTO

“İRƏLİ” İctimai Birliyi, 15 dekabr 2014-cü il tarixindən etibarən gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – Könüllülük Akademiyası layihəsinə start verdi.
Layihə 15 dekabr - 20 dekabr 2014-cü il tarixləri aralığında davam edəcək.
"SAY: Support of Azerbaijan Youth” – Könüllülük Akademiyası keçirilən beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin aktiv iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimləndirilməsi və ixtisaslaşdırılması layihəsidir. Ümumilikdə layihədə 100 gənc iştirak edir.
Layihə müddətində yeni təlim modulu yaradılacaq. “SAY: Support of Azerbaijani Youth” - Könüllülük Akademiyası 2014-cü ildə “Gənclər Paytaxtı” seçilmiş Quba şəhərində həyata keçirilir.
Qeyd edək ki, layihənin ilkin mərhələsində gənclərin seçimi aparılıb. Seçim zamanı könüllülük təcrübəsi olan, könüllülərlə işləmək bacarığına sahib olan aktiv gənclərə üstünlük verilib.
Düşərgə formatında keçiriləcək olan layihə iki mərhələdən ibarətdir. Layihənin ilkin mərhələsində könüllüyün nə olduğu haqqında, kriteriyaları barədə suallara ətraflı cavablar çatdırılacaq. Layihə iki hissədən ibarət olacaq, “Nəzəri biliklər”-in ötürülməsi və “Biliklərin tətbiq edilməsi” hissəsi. Həmçinin məlumat üçün bildirmək istərdik ki, “Nəzəri biliklər”-in ötürülməsi hissəsində gənclər yeni təlim modulu - “SAY: Könüllü” təlim modulu vasitəsi ilə təlimləndiriləcəklər.
Həmçinin layihə nəznində www.volunteer.az saytı yaradılacaq. Bu sayt vasitəsi ilə Azərbaycanda ümumi könüllülük bazasının yaradılması planlaşdırılır.
Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !