Orxan Fikrətoğlunun İtki hekayəsi əsasında - bir nəfəslik mərifət oyunu: - FƏNA

Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında - bir nəfəslik mərifət oyunu: “FƏNA”

Azərbaycan Dövlət YUĞ Teatrı

 

PRESS-RELİZ


O.Fikrətoğlu

“FƏNA”


Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında

- bir nəfəslik mərifət oyunu -

 

 


Quruluşçu rejissor Mir SAHİB
Quruluşçu rəssam Rəşid Şerif (Əməkdar rəssam)
Musiqi tərtibatı Amid Qasımov, İffət Əsgərov
Rejissor assistenti Qasım NAĞI

İştirak edirlər:

KİŞİ Qasım NAĞI
QADIN Natəvan QEYBANİ
DOST Oktay MEHTİYEV
FİKRƏT Novruz NOVRUZLU



Log-line: “Özünə gəlmək”, “Özünəqayıdış” düşüncəsi və halı əzəldən insan təfəkküründə və ruhunda mövcud olub.


Plot-line: Özünü-özlüyünü itirmiş üç nəfər, öz fitrətlərini insan surətində görüb, onun dəvətilə özlərinə-özlüyünə qayıdırlar.

Müəllif intensiyası: İnsan bütöv bir Həqiqətin zərrəsidir. Bunu istəsə də, istəməsə də insan O Həqiqətə bağlıdır. Bu Həqiqətin insandakı təzahürü vicdan, mənəviyyat, ruh və ya fitrət adlanır. Bəşər övladı yarandığı gündən Həqiqətə qayıdış yolunda vasitəçi olan təmiz fitrətə ya müdaxilə edir (sakral-ilahi gedişata müxtəlif maneələr yaradır), ya da müdaxilə təhlükəsi ilə yaşayır. Fitrətə müdaxilə etməmək və ya bu təhlükədən amanda qalmaq üçün insan daim özünüislah (təzkiyə) və özünütanıma (mərifət) prosesini yaşamalıdır. Ki, nəticədə Fəna (qovuşma, həll olma, Həqiqətdə yox olma) məqamına yüksəlsin.


Tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.


Xronometraj 55 dəqiqə

Tamaşa 13 dekabr saat 18.00-da YUĞ dövlət Teatrında nümayiş olunacaq.

Ünvan: M.Muxtarov 83
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !