İRƏLİ Nəzər Nöqtəsi layihəsinə start verdi - FOTO

“İRƏLİ” “Nəzər Nöqtəsi” layihəsinə start verdi FOTO

“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə bu gün “Nəzər Nöqtəsi ” layihəsinə start verildi.
Qeyd edək ki, layihə 6 dekabr – 10 dekabr 2014-cü il tarixləri aralığında davam edəcək.
“Nəzər nöqtəsi”nin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması, beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, dünya arenasına “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etməkdir.
Layihədə iştirak etmək üçün 200 müraciət daxil olmuşdur, lakin 87 nəfər müsahibədə iştirak haqqı qazanmışdır. Müsahibədən sonra isə layihədə iştirak etmə haqqını 31 nəfər qazanmışdır.
Layihə çərçivəsində gənclər 5 gün ərzində təlimləndirildikdən sonra aldığı bilikləri tətbiq etmək imkanları qazanacaqlar. Təlimlər ümumi olaraq “Azərbaycanın siyasəti”, “Komanda quruculuğu”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Dağlı Qarabağ” haqqında olunacağı planlaşdırılır.

Layihənin keçirilməsi üçün nəzərdə tutulan coğrafi ərazi kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "gənclər paytaxtı" seçilən Quba şəhərinin Gənclər Mərkəzidir.
Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !