BACARART layihəsi - FOTO (YENİLƏNDİ)

“BACARART” layihəsi FOTO (YENİLƏNDİ)

YARAT Müasir İncəsənət Təşkilatı və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “BACARART” layihəsi çərçivəsində, aztəminatlı ailələrdən olan yaradıcı qabiliyyətli uşaqların dəstəklənməsinə yönəlmiş geniş miqyaslı xeyriyyə satış sərgisi keçirildi.

Təntənəli açılış mərasimi 10 dekabr 2014-cü il tarixində, saat 19:00-da, İçəri Şəhərdə yerləşən “Art Garden” restoranının sərgi salonunda (Asəf Zeynallı küçəsi, 22) baş tutdu.

Sərgidə, Azərbaycanın 11 regionunu təmsil edən uşaqlar tərəfindən yaradılmış 41 rəsm əsəri və 19 fotoşəkil nümayiş olundu.

Məlumat üçün qeyd edək ki, sərgidə uşaqların işlərinin simvolik qiymətə satışı nəzərdə tutulub. Sərgidən əldə olunan bütün vəsaitlər uşaqların istedadlarının sonrakı inkişafına yönəldiləcək məqsədilə ailələrinə paylanacaq.

Biz Sizi sərgini ziyarət etməyə və bununla da istedadlı gənc rəssamlara dəstək olmağa bir daha dəvət edirik! 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !