Şəxsi İnkişaf Akademiyası davam edir - FOTO

“Şəxsi İnkişaf Akademiyası” davam edir FOTO

"İRƏLİ" İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun birgə layihəsi olan və Bakı şəhərində keçirilən "Şəxsi İnkişaf Akademiyası" layihəsi çərçivəsində ilkin təlimlər keçirilmişdir.
Xatırladaq ki, “Şəxsi İnkişaf Akademiyası” regionlarda və universitetlərdə “İRƏLİ” İctimai Birliyinin nəznində fəaliyyət göstərəcək koordinatorluqların, eləcədə ali təhsil müəsissələrində fəaliyyət göstərəcək gənclərin idarəetmə qabiliyyətlərinin artırılmasına, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik pirinsipləri əsasında, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının artırılmasını təmin edəcək bir layihədir.
Təlimlərdə Layihələrin yazılma mexanizmi və idarə edilməsi üzrə təlimçi Nadir Saraclı, İctimaiyyətlə əlaqələr PR təlimi üzrə təlimçi Vüqar Babayev, Komanda quruculuğu üzrə təlimçi Eldəniz Əsədov, Hökumətdə qərar qəbulu prosesində gənclərin rolu təlimi üzrə təlimçi Elməddin Hacılı gənclər üçün maraqlı təlimlər aparıblar.
Layihədə Bakı şəhərində respublikanın 11 regionunu və Bakıda fəaliyyət göstərən 10 ali təhsil müəssisəsini təmsil edən 40 gənc iştirak edir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !