İRƏLİ İctimai Birliyi Azərbaycan Universiteti ilə birgə əməkdaşlıq edəcək - FOTO

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Universiteti ilə birgə əməkdaşlıq edəcək FOTO

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Universitetində təqdimat keçirdi.
Bu gün “İRƏLİ” İB Azərbaycan Universitetində təqdimatını keçirtdi. Təqdimatda “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, birliyin üzvləri, Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov və universitetdə təhsil alan gənclər də iştirak etmişdir.
Görüşdə “İRƏLİ” İB-in fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Eyni zamanda Azərbaycan Universiteti layihələri haqqında məlumatlar paylaşıblar.
Təqdimat zamanı gənclərlə geniş müzakirələr və diskussiyalar aparıldı, təkliflər səsləndirildi və gənclərin fikirləri öyrənildi.
Görüş zamanı həssas qruplarla iş mexanizmi müzakirə olmuş və həssas gənc qruplarla iş və sosial işlər istiqamətində yeni təşəbbüslər səsləndirilmişdir.
“İRƏLİ” İB-in Azərbaycan Universitetində fəaliyyət göstərəcək yeni koordinatoru təyin olundu.
Xatırladaq ki, "İrəli" İB Azərbaycan Respublikasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !