"Səsimdən yapış" adlı yeni tamaşasının premyerası keçirilib - FOTO

"Səsimdən yapış" adlı yeni tamaşasının premyerası keçirilib FOTO

22 noyabr tarixində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Səsimdən yapış" adlı yeni tamaşasının premyerası keçirilib. Kamal Abdullanın "Bir... iki... bizimki..." pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Ramiq Mehdidir. Tamaşada YUĞ Dövlət Teatrının aktyorları Əməkdar artistlər Məmməd Səfa (Kişi), Gülzar Qurbanova (Qadın), İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Ceyun Əliyev (Oğlan səsi), Solmaz Məmmədova (Qız səsi) və Şəbnəm Cəbrayılova (Qadın səsi) çıxış edirlər. YUĞ Dövlət Teatrının binasında nümayiş olunan tamaşada pyesin müəllifi Kamal Abdulla, teatr ictimaiyyəti və media nümayəndələri iştirak edib.

Qeyd: Fotolar Anar Rəcəbovundur.

 

CƏFƏR CABBARLI adına
İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRI
133-cü mövsüm


Kamal ABDULLA
“SƏSİMDƏN YAPIŞ”

“Bir.. iki... bizimki...” pyesi əsasında

Quruluşçu rejissor Gümrah ÖMƏR
Quruluşçu rəssam Rəşid ŞERİF (Əməkdar rəssam)
Geyim üzrə rəssam Leyla ƏLİYEVA
Musiqi tərtibatı Ramiq MEHDİ


ROLLAR və İFAÇILAR

KİŞİ Məmməd SƏFA (Əməkdar artist)
QADIN Gülzar QURBANOVА (Əməkdar artist)
OĞLAN SƏSİ Ceyhun ƏLİYEV
QIZ SƏSİ Solmaz MƏMMƏDOVA
QADIN SƏSİ Şəbnəm CƏBRAYILOVA

MÜƏLLİF İNTENSİYASI. Ölməyə qərar vermək, həyatdan əl çəkə bilmək kimi bir sınaq qarşısında olmaq mürəkkəb psixoloji bir durumdur. İnsan bütün keçmişini, bu gününü, gələcəyini saf-çürük, təftiş etməyə can atır. Bu ağır və üzücü bir yolu sən də getmək zorundasan. İstəsən də, istəməsən də... Çünkü həyat davam edir, insan anbaan ölümə yaxınlaşır. Ölüm haqdır, ondan qaçmaq mümkünsüz. Nədir bizi bu həyata bağlayan? Yaşamaq eşqi? Nəyə çatmaq uğrunda çarpışırıq?..
Nədir yaşadığımız həyatın mənası? Bir-birinin içində olan yaşamaq və eyni zamanda ölmək? Kamal Abdulla demişkən: “Ölüm həyatın içindədir, ölüm həyatın davamıdır və yaxud da həyat ölümün içindədir, həyat ölümün davamıdır”. Əgər doğrudan da, belədirsə, deməli, biz ölməkdən öncə ölməyi də bacarırıq.

Tamaşa 22 noyabr saat 18.00-da YUĞ Dövlət Teatrında
nümayiş olunacaq.

Ünvan: M.Muxtarov 83

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !