Energetika Nazirliyində "Ekson Mobil" Korporasiyası tərəfindən "Enerji icmalı" paketinin təqdimatı keçirilmişdir -

Energetika Nazirliyində "Ekson Mobil" Korporasiyası tərəfindən "Enerji icmalı" paketinin təqdimatı keçirilmişdir

Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyevin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən "Ekson Mobil" Korporasiyasının Korporativ Strateji Planlaşdırma üzrə Direktoru cənab Robert Qardner "Ekson Mobil" Korporasiyasının 2040-cı ilədək qlobal enerji tələbləri və təchizat trendləri mövzusunda hazırladığı "Enerji icmalı" paketi barədə ətraflı məlumatlar verdi. Bildirildi ki, təqdim olunan "Enerji İcmalı" "Ekson Mobil" Korporasiyasının uzun müddətli investisiya planlaşdırılması məqsədi ilə hər il üçün yenilənir. Təqdimat zamanı energetika üzrə proqnozlar və 2040-cı ilədək dövrü əhatə edən məlumatlar şərh olundu, gələcək şərait, texnologiyada baş verən dəyişikliklər, yeni tədarük mənbələrinin işlənilməsi və s məsələlər barədə geniş statistik bilgilər təqdim olundu.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !