"Fire UP" adlı 9-cu Milli Konfrans keçirilmişdir -

"Fire UP" adlı 9-cu Milli Konfrans keçirilmişdir

AIESEC Azərbaycan təşkilatının 7-10 Noyabr tarixlərində "Fire UP" adlı 9-cu Milli Konfransı keçirilmişdir. Konfrans Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə - Semerana İstirahət Kompleksində həyata keçirilmişdir. Təşkilatın yeni və təcrübəli üzvlərini, məzunlarını bir araya gətirən bu konfransda üzvlərə lazım olan şəxsi və professional bacarıqlarının inkişaf edilməsinə yardımçı olacaq təlimlər və həmçinin lokal komitələrin qarşıdan gələn il üçün rəhbər seçkiləri keçirilmişdir. AIESEC Azərbaycan təşkilatının yerli idarə heyətinin üzvləri təlimçilər komandasını təmsil etdilər və beləliklə konfrans 4 gün davam etmiş oldu. Qeyd edək ki, təşkilat komitəsinin rəhbəri Azərbaycan Dövlət İqtisad Universiteti Xüsusi İstehdadlılar Fakultəsinin (XİF) 3-cü kurs tələbəsi Zaman Qəmbərov idi.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !