Konstitusiya günü münasibətilə Qəbələ və Lənkəranda tədbirlər keçirilmişdir -

Konstitusiya günü münasibətilə Qəbələ və Lənkəranda tədbirlər keçirilmişdir

Qəbələdə keçirilən tədbiri rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova açmışdır. Sonra Mədəniyyət Mərkəzinin baş metodisti Fərid Aslanlı tarixdə ilk konstitusiyanın yaranmasından, konstitusiyanın mahiyyəti və funksiyaları, digər qanunlardan fərqi haqqında məruzə etmişdir.
Daha sonra rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Səadət Sadıqova Azərbaycan Konstitusiyasının yaranma tarixi haqqında çıxış edərək, konstitusiyanın vətəndaşlara verdiyi hüquq və azadlıqlar barədə danışdı. Azərbaycan Konstitusiyasının dünyada ən demokratik, dolğun bir konstitusiya olduğu qeyd olundu.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbir öncəsi iştirakçılar ümummilli lider Heydər Əliyevin ictimai- siyasi fəaliyyətini canlandıran memorial muzeylə tanış olmuşlar. Sonra Mərkəzin baş mühafizi Aygün İbrahimovanın "Azərbaycan Konstitusiyası dövlətçıliyin əsas meyarı kimi" mövzusunda məruzəsi dinlənilmişdir. O, çıxışında bildirmişdir ki, Müstəqil Azərbaycanda demokratik,hüquqi dövlət quruculuğu,insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !