Bakılı şagirdlər Ağdam rayonunda - FOTO

Bakılı şagirdlər Ağdam rayonunda FOTO

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Qarabağ bölgəsinə səfər edən Nərimanov və Qaradağ rayonlarının məktəbliləri noyabrın 10-da Ağdam rayonunda oldular.
şəhidlər abidə kompleksini ziyarət etdikdən sonra Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrına gələn məktəblilər rayonda fəaliyyət göstərən “Şur” ansamblının konsertinə baxdılar.
bununla yanaşı şagirdlərə Ağdamın işğaldən əvvəlki və sonrakı görüntüləri əks olunmuş disk təqdim edildi.
Daha sonra şagirdlər məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində fəaliyyət göstərən Qiyaslı kənd uşaq musiqi məktəbi ilə tanış oldular. Məktəbin xor kollektivinin ifası məktəblilərə xoş ovqat bəxş etdi.
Məktəblilər Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahı ilə tanışlıqdan sonra Ağcabədi rayonuna yola düşdülər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !