Mənim Gənclər Təşkilatım düşərgəsi davam edir - FOTO

“Mənim Gənclər Təşkilatım” düşərgəsi davam edir FOTO

"İRƏLİ" İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun birgə layihəsi olan və Göygöl şəhərində keçirilən "Mənim Gənclər Təşkilatım" layihəsi çərçivəsində ilkin təlimlər keçirilmişdir.
Xatırladaq ki, “Mənim Gənclər Təşkilatım” layihəsi ümumilikdə təşkilatın quruculuğunu, onun strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir.
“Mənim Gənclər Təşkilatım” düşərgəsində artıq 7 katiblik üzrə təlimlər gedir. Təlimlərdə İnsan resursları üzrə təlimçi Namiq Məmmədov, İctimaiyyətlə əlaqələr üzrə təlimçi Vüqar Babayev, Maliyyənin idarə olunması üzrə təlimçi Orxan Məmmədli, Layihələrin idarə olunması və menecment üzrə Sərdar Hüseynov, Beynəlxalq əlaqələr üzrə təlimçi Orxan Abbasov gənclər üçün maraqlı təlimlər aparıblar.
Ümumilikdə 7 region gənclərini əhatə edəcək olan layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, idarə olunmasında yaxından tanış olunması, gənclərin iştirakı və maarifləndirilməsi, gənclərin layihədə iştirakını artırmaqla onların inkişafına dəstək olmaqdır. Həmçinin layihə çərçivəsində yeni təlim modulunun yaradılması nəzərdə tutulub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !