Natiq Əliyev Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri naziri xanım Vesna Pusiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir -

Natiq Əliyev Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri naziri xanım Vesna Pusiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev Azərbaycan və Xorvatiya arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd edilib ki, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər Azərbaycan və Xorvatiya arasında iqtisadi münasibətlərin genişlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən cənab Natiq Əliyev ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb. Nazir bildirib ki, Azərbaycan iri infrastruktur layihələrinin, o cümlədən bir müddət əvvəl Bakıda təməlqoyma mərasimi keçirilmiş Cənub Qaz Dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Hazırda Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır. Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri naziri xanım Vesna Pusiç Azərbaycana səfərindən və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, Xorvat iş adamlarının Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduğunu qeyd etmişdir. Həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını bildirən Vesna Pusiç Xorvatiyanın Azərbaycan ilə enerji sektoru sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !