Qəbələdə keçirilən əmək yarmarkasında 99 nəfər işlə təmin olunub - FOTO

Qəbələdə keçirilən əmək yarmarkasında 99 nəfər işlə təmin olunub FOTO

Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə oktyabrın 22-də növbəti əmək yarmarkası keçirilib. Rayon mədəniyyət mərkəzində keçirilən yarmarkanın açılış mərasimində Qəbələ rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov, Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Siyafər Əhmədov, rayon icra hakimiyyətinin məsul işçisi Tahir Hacıyev çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Tədbirdə məlumat verirlib ki, əmək yarmarkasında iştirak edən vətəndaşlara 36-ı dövlət, 9-u özəl olmaqla 45 idarə, müəssisə və təşkilat tərəfindən 334 boş iş yeri təqdim olunub.
Boş iş yerlərinin 218-i qulluqçu, 116-ı fəhlə sahələrini əhatə edir. Boş iş yerlərinə görə vətəndaşlara 109-820 manat məbləğində əmək haqqı təklif olunub. Yarmarkada iştirak edən 481 nəfər iş axtaran və işsiz vətəndaşdan 99-u öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb, bir nəfər kvota yerinə işə cəlb olunub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !