Avatar və Zəfər Bahar kubokunda Qəçrəşi təmsil edəcək - FOTO

“Avatar” və “ Zəfər” Bahar kubokunda Qəçrəşi təmsil edəcək FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinin növbəti tədbiri keçirilib.
Qubanın rayon mərkəzindən 15 km uzaqlıqda yerləşən Qəçrəş kəndində baş tutan Bahar kuboku-2014-ün nnövbəti seçim turunda 36 nəfər yeniyetmə və gənc iştirak edib.
Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə açılış mərasimində iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrant müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışılıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və ən əsası müxtəılif məktəblərdə təhsil alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir.
Daha sonra baş tutan intellectual çoxnövçlük üzrə yarışda 6 komanda öncə Nə? Harada? Nə zaman? oyunda daha sonra isə ilk 4 komanda Xəmsə oyunuda qüvvəsini sınayıb. Yekunda “Avatar” komandası birinci, “Zəfər” intellektləri isə ikinci yerin sahibi kimi final oyunlarına vəsiqə qazanıb. “Qalaktika” biliciləri isə seçim turunu 3-cü yerdə bitirib.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Nügədi kəndində baş tutacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !