Gənclər Fondunun dəstəyi ilə Qubada ana dili qorunacaq -

Gənclər Fondunun dəstəyi ilə Qubada ana dili qorunacaq

Gənclər paytaxtı Qubada Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ana dilimizi qoruyaq”adlı layihə fəaliyyətə başlayır.
Layihə rəhbəri Vüqar Hüseynovun verdiyi məlumata görə layihənin əsas məqsədi internetdən istifadə edən, müxtəlif sosial şəbəkələrdə şəxsi profil, qrup, səhifə, bloqlara sahib olan gənclərə Azərbaycan dilinin, əlifbasının düzgün istifadəsi üçün təlimlər keçməkdir.
Layihə çərçivəsində təşkil olunan təlimlərdə iştirakçı gənclər “Azərbaycan dilinin qrammatik qaydaları”, “Orfoepiya və orfoqrafiya”, “Üslublar”, “Xəbərin hazırlanması və yayımı”, Bloq nədir və bloqlar necə istifadə edilməlidir?” mövzularında biliklər əldə edəcəklər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !