Qaliblər Qəbələdə qarşılaşdı -

Qaliblər Qəbələdə qarşılaşdı

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və təşkilatçılıığı ilə yeniyetmələrin 9-cu respublika oyunları proqramına daxil olan taekvando idman növü üzrə keçirilən zona yarışları başa çatıb. Bakıda, Sabirabadda və Balakəndə bölgələr üzrə keçirilən qarşılaşmalarda qaliblər nəhayət ki ən güclünü müəyyən etmək üçün Qəbələ rayonunda final yarışında özlərini sınayıblar. 25-26 sentyabr tarixlərində keçirilən yeniyetmələr arasında final yarışlarına 20 komanda 2000-2001-ci il təvəllüdlü 140 idmançı qatılıb. Ağır keçən mübarizə sona yetib və qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !