Habil Yaşar: - Gecələr...

Habil Yaşar: Gecələr...

Gecələr...

 

Zülmət təxtini qurur ürəyimdə gecələr,
Hər şey qəsdimə durur qəm evimdə gecələr.
Ruhumun acısını ulduzdan, aydan soruş.
Təklik qismətim olur şəhərimdə gecələr.

 

Şam tək əriyən mənəm, alışıram gecələr,
Gül tək saralan mənəm, məhv oluram gecələr.
Ruhumun sıxıntısı bitməyən yükə dönmüş,
Qəmdən yoğrulan mənəm, darıxıram gecələr.

 

Sevinmək məndən yana, sirdaşım qəm gecələr,
Ağlayıb gəldim cana, yastığım nəm gecələr.
Ruhumun dərmanını kimlərsə oğurlamış,
Eşit dərdimi ana, yoxdu həmdəm gecələr.

 

25.09.2014 1:19:47 Habil Yaşar

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !