İqtisadiyyat və sənaye naziri Qəbələdə vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Qəbələdə vətəndaşları qəbul edib FOTO

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilir, onlar tərəfindən qaldırılan məsələlərin və irəli sürülən təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə vətəndaşların növbəti qəbulu sentyabrın 26-da Qəbələdə keçirilmişdir.
Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilmiş qəbulda Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayonlarından olan yerli sakinlərin və bu rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılmışdır.
Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, artezian quyusunun qazılması, yaşayış məntəqəsinin qazlaşdırılması, sosial və s. məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləmiş, bir sıra məsələlər yerindəcə həllini tapmış, araşdırma tələb olunan məsələlərin operativ həlli üçün Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Qəbulda olan sahibkarlarla müzakirələr aparılmış, onların iri fermer təsərrüfatının yaradılması, süd emalı sexinin təşkili, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, ayaqqabı istehsalı, taxılçılığın inkişaf etdirilməsi və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir. Vətəndaşlar Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin internet və facebook səhifələri vasitəsilə qəbula yazılmışlar.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.
Ümumilikdə, bu ilin əvvəlindən iqtisadiyyat və sənaye naziri tərəfindən Salyan, Qobustan, Sumqayıt, Siyəzən, Ağdam, Zaqatala, Qusar və Qəbələdə vətəndaş qəbulları keçirilmiş, 600-ə yaxın vətəndaşın müraciətinə baxılmışdır. İndiyədək isə iqtisadiyyat və sənaye naziri tərəfindən bölgələrdə 23 vətəndaş qəbulu keçirilmiş, bu qəbullarda 1350-dək vətəndaş iştirak etmişdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !