III Bakı Beynəlxalq Teatr Konfransı Musiqili Teatrda keçiriləcək -

III Bakı Beynəlxalq Teatr Konfransı Musiqili Teatrda keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 5-6 noyabr tarixlərinə planlaşdırdığı “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək.
Qeyd edək ki, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının 2.15-ci bəndinə istinadən Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdu.
Kofransda 70-dən artıq ölkədən 150 nəfər qonağın iştiraki gözlənilir. Tədbir çərçivəsində ASSİTEJ və UMİNA təşkilatlarının Milli Mərkəz nümayəndələri ilə görüşləri, habelə, sənət ustaları üçün müxtəlif mövzularda treninqlər keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !