Yurd yeni layihəyə start verir -

“Yurd” yeni layihəyə start verir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Qubada yeniyetmə və gənclər arasında intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinə start verir.
Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə “İntellektual gənclik milli sərvətimizdir” devizi altında keçirilən layihənin icrasında əsas məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq, onların təhsilə, elmə, bədii qiraətə marağını artırmaq, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin artırılmasına nail olmaq, onların zərərli vərdişlərdən uzaqlaşdırılması prioritetinə uyğun olaraq “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.3 bəndinin icrasına dəstək vermək, eyni zamanda intellektual bilik və bacarıqlarını artırmaqdır.
2 ay davam edəcək layihə çərçivəsində Quba rayonunun 6 kənd zonasında yeniyetmə və gənclərin iştirakı ilə Nə? Harada? Nə zaman?, Xəmsə, Breyn rinq, Fərdi oyun kimi intellektual oyunların keçirilməsi nəzərdə tutulur.
Yarışların keçiriləcəyi kəndlər əsasən Quba şəhərinin mərkəzindən 15-30 km uzaqlıqda yerləşən ucqar kəndərdir.
Sentyabrın ikinci ongünlüyündən start veriləcək yarışlar Təngəaltı, I Nügədi, Qəçrəş, Zərdabi, Ağbil və Alekseyevka kənd zonalarında baş tutacaq. Əsasnaməyə uyğun olaraq yarışda hər zonadan 6-8 komandanın iştirakı nəzərdə tutulur ki, bu da layihə çərçivəsində 300 nəfər gəncin maariflənməsi deməkdir.
Layihə çərçivəsində üzə çıxarılacaq intellektual bilik və bacarıqlara sahib yeniyetmə və gənclər təşkilat tərəfindən yaradılmış “İstedad bankı” siyahısına, həmçinin Qubanı müxtəlif intellektual yarışlarda təmsil edən yığma komandalarının namizdələr siyahısına salınacaq və onlarla daimi iş aparılacaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !