Gənclər fəaliyyətdə adlı layihə sona çatmışdır - FOTO

“Gənclər fəaliyyətdə” adlı layihə sona çatmışdır FOTO

“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İB Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirtdiyi “Gənclər fəaliyyətdə” adlı layihə sona çatmışdır. Layihə çərçivəsində son görüşlər Lənkəran və Quba şəhərlərində baş tutdu. Qeyd edək ki, layihənin əsas məqsədi gəncləri ictimai fəaliyyətə cəlb etmək, müxtəlif könüllük fəaliyyətinə dəstək, yerli və beynəlxalq tədbirlərdə yaxından iştrak etmək, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılması idi.

Ümumilikdə layihə çərçivəsində Azərbaycanın 6 bölgəsində gənclərlə görüş təşkil edilmişdir. Tədbirlər Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Lənkəran və Quba şəhərlərində keçirilmişdir. Görüşlər zamanı gənclər layihə çərçivəsində digər region gəncləri ilə birgə əməkdaşlığın genişlənməsini müzakirə olunmuşdur, gənclərə layihələrin yazılması və idarə olunması haqqında təlimlər keçirilmişdir, gənclərin yerli və beynəlxalq tədbirlərdə iştrakları üçün müəyyən bilgilər verilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !