"Əldən-Ələ" xeyriyyə kitab aksiyasının son günü baş tutmuşdur -

"Əldən-Ələ" xeyriyyə kitab aksiyasının son günü baş tutmuşdur

Yeni tədris ilinin ilk həftəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Əldən-Ələ" xeyriyyə kitab aksiyasının son gün baş tutmuşdur. 6 gün ərzində Bakı şəhərində yığılmış ixtisas kitabları və abituriyentin universitetə hazırlıq vəsaitləri Quba və Qusar rayonlarındakı üçü kənd, biri isə şəhər olmaqla 4 tam orta məktəbdə ehtiyacı olan abituriyentlərə çatdırılmışdır. Kitablar kənd məktəblərində böyük maraq və sevinclə qarşılanmışdır. Quba və Qusar rayon Təhsil Şöbələrinin müdiriyyətinin əməkdaşlığı və təşkilati dəstəyi nəticəsində regionlarda aksiya uğurla həyata keçirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !