Əfsanələr paytaxtı nda təntənəli tədbir -

“Əfsanələr paytaxtı”nda təntənəli tədbir

Ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, 2014-cü ildə Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Balakən "Azərbaycanın Folklor Paytaxtı", Abşeron rayonu isə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. Təsdiq olunmuş plana uyğun olaraq il ərzində "Xalq yaradıcılığı paytaxtları"nda müxtəlif tədbirlər keçirilir.
Sentyabrın 18-19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayonunda "Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014" layihəsi çərçivəsində təntənəli tədbir keçiriləcək. Eyni zamanda, rayonda "Gənc şairlər" ədəbi məclisi təşkil olunacaq. Tədbirə tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatılacağı gözlənilir.
Sentyabrın 25-26-da "Folklor paytaxtı" Balakəndə, oktyabrın 3-də isə "Sənətkarlıq paytaxtı" Abşeronda tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində keçirilən tədbirlərin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının tanıdılmasıdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !