Gələcəyin azərbaycanlı Karuzosu - - İbrahim Nəsrullayev

Gələcəyin azərbaycanlı Karuzosu - İbrahim Nəsrullayev

 Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan olunmasından 23 il keçir. Bu qısa müddət ərzində ölkəmiz, bəlkə də başqa dövlətlərin yüz illər boyunca əldə edə bilməyəcəklərindən qat-qat artıq nailiyyətlər əldə etmişdir. Cəmiyyətin ayrı-ayrı sahələrində qazanılan nailiyyətlərin müəyyən payı da gənclərimizin adı ilə bağlıdır. Dövlətin gənclərə göstərdiyi qayğı həmin uğurların sayını artırmaqdadır.Mədəniyyət, incəsənət və idmanın ən müxtəlif növləri üzrə azərbaycanlı yeniyetmələr,gənclər beynəlxalq yarışlarda,müsabiqələrdə vətənin adını,şərəfini uca tutur,qələbələr çalırlar. “ Azərbaycanlı “ adını həqiqi mənada doğruldan gənclərimizdən biri haqqındadır bu yazı. Azərbaycan musiqisini,yaşının azlığına baxmayaraq, bir çox ölkələrdə yayan,təbliğ etməklə yanaşı sevdirən həmin gənc barəsində yazmaq da adama zövq verir. Qobustandakı qavaldaşdan qopan musiqi sədalarımızdan indiyədək keçən müddət ərzində dünyaşöhrətli bir çox məşhur səslərin vətəni olub Azərbaycan . Uca yaradanın bəxş etdiyi nadir səs sahiblərindən birini bu gün sizə təqdim edirik. Ola bilsin ki, onu artıq bir çoxları tanıyır,çox yaxşı. Bu gəncin yaradıcılığı və uğurları incanda ancaq qürur və fəxr hissi doğurur. İbrahim İsmayıl oğlu Nəsrullayev 1999-cu ildə Bakıda anadan olmuşdur. Musiqiyə böyük həvəsi olan 3 yaşlı İbrahim bəstəkar Oqtay Zülfüqarovun bəstələdiyi mahnıları ifa etməyə başlamışdır. Bir qədər sonra azərbaycan mahnıları ilə yanaşı rus,italyan,amerikan mahnılarını da oxumağa başlamışdır. 2008-2013-cü illərdə 3 saylı uşaq incəsənət məktəbinin şagirdi olmuşdur. Estrada,vokal,pop musiqisi ilə məşğul olan İ. Nəsrullayev bir çox müsabiqələrin iştirakçısı və o cümlədən, 2010-cu ildə keçirilmiş “İstedadlar sorağında “ müsabiqəsinin qalibi olmuşdur. Nəinki təhsil aldığı 310 saylı orta məktəbin , ümumiyyətlə , ümumrespublika miqyasında keçirilən tədbirlərin əksəriyyətini onsuz təsəvvür etmək qeyri- mümkündür. Elə bu ictimai fəallığının nəticəsidir ki, İbrahim 2010-cu ilin sentyabrından bugünə qədər Rusiya Mədəniyyət Mərkəzinin üzvü seçilmişdir. Rusiya Federasiyası Səfirliyinin 2010-cu ilin oktyabrında Bakıda təşkil etdiyi “ Dahi knyaz Yuriy Dolqorukov adına Beynəlxalq Ədəbiyyat Mükafatı “nın təqdimolunma mərasimində
gənc musiqiçi öz ifası ilə fərqlənə bilmişdir. 2011-ci il də balaca İbrahim üçün uğurlu oldu.Həmin ilin yanvarın 25-də Bakıdakı Alman-Azərbaycan Mədəniyyət Birliyi “ Kapellhaus “ zalında onun Solo konserti təşkil olunmuşdur. Konsertdə ifa etdiyi azərbaycan,italyan,rus xalq mahnılarına görə “ Fəxri Fərman”la təltif olunmuşdur.Yenə həmin ilin yayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi,Azərbaycan Respublikasındakı Rusiya Mədəniyyət Mərkəzi və “Azərbaycan-Rusiya “ cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən dövlət müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş “ Rodniki Duşi “ adlı VIII Respublika baxış-müsabiqəsində İ. Nəsrullayev mahnı nominasiyası üzrə 1-ci yeri tutaraq “Laureat “ adına layiq görülməsi barədə Diplomla təltif olunmuşdur. 2011-ci ilin sentyabrında İ. Nəsrullayev Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti seçilmiş və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki musiqi məktəbinin vokal şöbəsinin V sinfinə qəbul olunmuşdur. İctimai işlərdə fəallığı ilə fərqlənən İbrahim Azərbaycanın BMT-nin Milli Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilə əlaqədar oktyabr ayında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş , həmin ilin 14 dekabrında isə Rəşid Behbudovun anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirlərin iştirakçısı olmuşdur. 15 yaşlı gənc musiqiçinin mötəbər ,rəsmi tədbirlərdə iştirakı bir daha onun qabiliyyət və istedadından xəbər verir.Öz üzərində daim işləmək,çalışmaq,arzularına çatmaq üçün daim mübarizə aparmaq kimi müsbət xüsusiyyətlərə malik olan İ. Nəsrullayev fəaliyyətinin ən yüksək zirvəsinə qalxmağı bacardı. “ Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü “nə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında ifa üzrə Respublika müsabiqəsinin mahnı nominasiyasında I yer tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Diplomu ilə təltif olunmuşdur. “ LİDER TV “-nin “ SOLO” verlişinə dəvət alan vokalist tamaşaçıların sevimlisinə çevrilmişdir. İbrahim Nəsrullayev ictimai əhəmiyyətli tədbirlərdə iştirakına böyük önəm verir.Arzusuna çatmaq yolunda, sənət sahəsində püxtələşməsi,özünətələbkarlığın ,məsuliyyətin artması,ciddiləşməsində məhz yarışların,müsabiqələrin,tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirir.Gözəl səsə malik olan vokalistimiz Azərbaycandan kənarda da özünü təsdiq edə bilmişdir. İlk səfər etdiyi ölkə Estoniya olmuşdur. Qeyd edək ki, o, bu ölkədə üç dəfə olmuşdur. 2012-ci ilin 21-26 mart tarixində Estoniyada keçirilən VII Beynəlxalq Akademik Vokal müsabiqəsinin qalibi olduğu üçün “ I Premiya “ və “ Artistik “ diplomları ilə təltif olunmuşdur. Ən böyük uğuru isə Gold Star adına layiq görülməsidir. Bu adı İbrahim 2012-ci ilin oktyabrında Ukrayna Respublikasının Türkiyədə keçirilmiş VI Beynəlxalq “TV START “ televiziya müsabiqə-festivalına rəsmən dəvəti zamanı qazanmışdır. 13 yaşlı azərbaycanlı musiqiçi bu müsabiqənin Mütləq Çempionu olaraq ən yüksək mükafata GOLD STAR adına layiq görülmüş, “ GOLD STAR “ Diplomu və özəl olaraq “ SHİNİNG STAR “ Diplomu ilə təltif olunmuşdur.Ölkəmizi kənarda təmsil etmək və böyük uğurlar qazanmağın nə qədər çətin,məsuliyyətli iş olduğunu hər birimiz dərk edirik. Taleyin ona bəxş etdiyi nadir səslə yanaşı,yüksək səhnə mədəniyyətinə yiyələnmiş layiqli bir sənətkar kimi, vətəndaş kimi İbrahimin əldə etdiyi nailiyyətlər,əslində,böyük bir qəhrəmanlıqdır.Onun ürəklərə nüfuz edən, insanı məftun edən cazibəli səsi bizi doğma Azərbaycanın hər guşəsinə aparmağa qadirdir. Bu səsin gücü mağaralarımızda da,qalalarımızda da,dağlarımızda da,bizim üçün doğma olan hara varsa,nə varsa, hər yerdə əzəmətlə səslənir. Bəlkə uca yaradan bizə ikinci Rəşid Behbudovu bəxş edib ?! Xalq mahnılarımızı özünəməxsus ustalıqla,bacarıqla ifa edən İbrahim onları hamıya sevdirə bilmişdir. Görkəmli Azərbaycan musiqiçisi, Dövlət mükafatları laureatı,Azərbaycan Respublikası və SSRİ-nin xalq artisti,Bakı Musiqi Akademiyasının rektoru,professor Fərhad Bədəlbəylinin 65 illik yubileyinə,2013-cü il 10 aprel tarixində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin,o cümlədən, Suraxanı rayon İcra hakimiyyətinin birgə keçirdiyi,ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlərin fəal iştirakçısı olmuşdur.Yeri gəlmişkən,qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü il 14 may tarixində təşkil etdiyi “ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev -90 “ Prezident təqaüdçüləri,respublika və beynəlxalq müsabiqə laureatları olan gənc istedadların konsertində də iştirak etmişdir.Yuxarıda qeyd etdiyimiz kimi,o, 2012-ci ildə qardaş Türkiyədə də çıxış etmişdir. Bir ildən sonra, 2013-cü il oktyabrın 1-dən 8-nə qədər yenə də Türkiyəyə - VII Beynəlxalq Televiziya müsabiqə- festivalına fəxri iştirakçı kimi dəvət olunmuş və “ Children of the Universe “ nominasiyası üzrə qalib gələrək “ The Best Singer of the Year “ Diplomuna layiq görülmüşdür. Maraqlıdır ki, iki aydan sonra Latviya Respublikasının Riqa şəhərində keçirilən Riqa Symphony-2013 müsabiqəsində vokal nominasiyası üzrə Türkiyə Respublikasının təmsilçisi kimi iştirak etmiş, II və III yerlərə layiq görülərək Diplomlarla təltif olunmuşdur. Nəinki Azərbaycan,digər xalqların da milli musiqisini bizə sevdirməyi bacaran İ. Nəsrullayevin bir çox müsabiqələrdə,festivallarda iştirakı zamanı çəkilmiş foto şəkilləri məndə çox böyük maraq doğurdu. Bütün şəkillərdə,o, demək olar ki, milli geyimdə idi. Əvvəlcə, bu halın tədbirlərin,müsabiqələrin gedişi ilə bağlı olduğunu düşündüm,lakin İbrahimlə söhbətdən sonra mənə aydın oldu ki, milli geyimdə çıxış etmək onun öz təşəbbüsü ilə bağlı olmuşdur. Çox gənc olmasına baxmayaraq ondan öyrəniləsi bir çox şeylər vardır. Milli geyimdə,əlində qürurla tutduğu bayrağımızı dalğalandıraraq xalqımızın çoxəsrlik tarixini xoş avazı ilə,gözəl səsi ilə dünyaya diqtə edən türk övladına halal olsun! 310 saylı orta məktəbin müəllim və şagird kollektivi haqlı olaraq belə bir şagirdi ilə fəxr edir . “ Özün bir musiqisevər kimi hansı xalqın musiqisini daha çox xoşlayırsan ? “-sualına İbrahim “ Azərbaycan xalq mahnılarını daha çox sevirəm “ cavabını verdi. Mahnı bəstələyib,özü də ifa etmək istədiyi arzusunu da bildirdi. Müxtəlif ölkələrdə,şəhərlərdə olsa da “ Canım,gözüm Bakıdır “ deyir. Rəşid Behbudovun, Müslüm Maqomayevin ifa etdiyi mahnıları ürəkdən həvəslə oxuduğunu da gizlətmədi.Azərbaycanın iki məşhur korifey sənətkarına müraciət etməsi onun fəaliyyətinin nə qədər ciddi olduğunun isbatı deylmi. Təhsilə gəldikdə isə İbrahim bildirdi ki, o, 310 saylı orta məktəbin 10-cu sinif şagirdidir. 3 saylı uşaq incəsənət məktəbini bitirib,diplom almışdır.Beş il əməkdar artist Ziya Bağırovun tələbəsi olmuş İ. Nəsrullayevlə ,artıq iki ildir ki, konservatoriyanın müəllimi Dmitriy Babayev məşğul olur. Gənc istedadın repertuarında , əsasən, Tofiq Quliyevin bəstələdiyi mahnılar üstünlük təşkil edir. “ Kapellhauz “da 16 mahnı ilə çıxış edən İbrahim bəstəkarın “ Sevgilim “, “ Bakı “ “ Ey Azərbaycan “ mahnılarına daha çox vurğun olduğunu bildirdi. Beynəlxalq müsabiqələrdə “ Ey Azərbaycan”ın ona xüsusilə uğurlar gətirdiyini dönə-dönə qeyd etdi. Məhz bu mahnı ona “ Qızıl Ulduz “ qazandırdı.Musiqi alətləri ilə bağlı sualımıza gənc ifaçı, “ əgər vaxt çatsaydı saksafonda çalmaq istərdim” cavabını verdi.Üstəlik “ özüm bəstələyim,özüm ifa edim.Sənətdə öz dəst- xəttimi yazmaq istərdim “ arzusunu da dilə gətirdi.Səhnə quruluşu,geyim,mahnını tamaşaçıya çatdırmaq üçün incəliklərə qədər öz üzərində işləməyi bacaran İbrahim, öz sözləri ilə desək,doğrudan da “mahnıya ürək qoymağı bacaran “ ifaçılardandır.Oxumaqla yanaşı,həm də kinoaktyoru olub,Azərbaycanı dünyaya tanıtdırmaq arzusuyla yaşayır bizim İbrahim. Azərbaycan musiqisində,incəsənət səhnəsində yeni bir səs dünyaya öz sözünü deməkdədir.Onun haqqında bu yazını yazarkən qeyri-ixtiyari olaraq “ Bəxtiyar “ filimi yadıma düşdü. Dünyaşöhrətli Rəşid Behbudovun çəkildiyi həmin film,haqlı olaraq, musiqimizin,mədəniyyətimizin ən nadir incilərindən biri hesab olunur. İnanıram ki,bu,sonuncu olmayacaq. Güclü,gözəl səsə sahib, kinoaktyorluq arzusu olan İ. Nəsrullayevin çəkildiyi filmlər həmin estafetin davamı ola bilər. Dövlət tərəfindən bu istedada qayğı göstərilərək, Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İbrahim İsmayıl oğlu Nəsrullayev qazandığı uğurlarına görə 2013-cü ilin 1 iyununda “ İstedadlı uşaqlar Festivalı-2013 “ Diplomu ilə təltif olunmuşdur. İyul ayında isə 14 yaşlı İbrahimin həyatında çox uğurlu,xoş bir hadisə baş vermişdir. ABŞ-ın Los-Anceles şəhərində dünyanın 53 ölkəsinin iştirakı ilə “ WORLD CHAMPIONSHIPS “ XVII Ümumdünya musiqi olimpiadası keçirilmişdir. Hollivudda keçirilən musiqi olimpiadasında Azərbaycanı təmsil edən İbrahim Nəsrullayev olmuşdur. İbrahim Hollivuddan 3 gümüş və 1 bürünc medalla Vətənə dönmüşdür. Musiqi olimpiadasında Müslüm Maqomayevin “Azərbaycan “ mahnısı onun ifasında gurultulu alqışlarla qarşılanmışdır. Böyük bir auditoriya qarşısında imtahandan müvəffəqiyyətlə çıxan İbrahimi bir çoxları hətta, məşhur Karuzoya da bənzətmişlər.ABŞ-da Azərbaycan milli musiqisinə xüsusi rəğbətin olduğunu vurğulayan İ.Nəsrullayevin gələcək fəaliyyəti istiqamətində beynəlxalq olimpiada öz təsirini göstərə bilmişdir. O, indi ölkəmizi bütün dünyada tanıtdırmaq məqsədi ilə Hollivud ulduzu olmaq arzusu ilə yaşayır. İfaçılıqla yanaşı,Hollivudda ilk azərbaycanlı kinoaktyoru kimi tanınmaq arzusu da İbrahimin həyat yolunu artıq təyin etmişdir. Bu yolda ilk addım da atılmışdır : bu il üçün Moskvada keçiriləcək “ Katyuşa “ Beynəlxalq Musiqi festivalında Türkiyəni təmsil etmək dəvəti almışdır. Vokal sənəti üzrə 26 sayda Diplom və Fəxri Fərmanlarla, 7 medalla təltif edilmiş istedadlı musiqiçi çox haqlı olaraq bu ilin mayın 30-daAzərbaycan Respublikasının Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən “ Azərbaycanın gələcəyi “ mükafatına layiq görülərək Diplomla təltif olunmuşdur. Əgər gələcəyimiz İbrahim kimi istedadlı,qabiliyyətli,məsuliyyətli gənclərin əlində isə,belə başa düşürəm ki, Vətənə zaval yoxdur. Yolun açıq və uğurlu olsun,Azərbaycan gəncliyi!


Sevinc Rzaqızı

 

Redaksiyadan :

Azərbaycanlı gənc istedad İbrahim Nəsrullayev bir çox beynəlxalq müsabiqə və yarışlara dəvət almaqda davam edir. Müasir dövrdə Azərbaycanımızın milli musiqisini ,incəsənətini ,səsini dünyaya çatdırmağın özü də işğal edilmiş torpaqlarımızın geri qaytarılması uğrunda apardığımız haqq müharibəsinin bir hissəsidir. İbrahim isə bu yolda mübarizə aparan bir əsgərimizdir. Bu yazını oxuyan mərhəmətli, nəcib,xeyirxah və imkanlı şəxslərdən gənc musiqiçimizə maddi dəstək göstərmələri rica olunur. Unutmayaq ki, hələ XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mərhəməti sayəsində Azərbaycanın opera səhnəsi Şövkət xanım Məmmədova kimi səs sahibini tapa bilmişdi. Vətən naminə !

 

====================

 

Nəsrullayev İbrahim İsmayıl oğlu

( X R O N İ K A )

Nəsrullayev İbrahim İsmayıl oğlu 18 yanvar 1999 - cu ildə Bakıda anadan olmuşdur.
2008 –2013 - ci ilin may ayınadək 3 saylı uşaq incəsənət məktəbinin şagirdi olmuşdur.
2009-cu il 6 mart tarixində Rəşid Behbudov adına mahnı teatrında keçirilən “Uşaq ili- 2009” adlı konsertin istirakçısı olmuş və konsertdəki çıxışına görə 3 saylı uşaq incəsənət məktəbinin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
25 may 2010-cu il tarixində oxuduğu 310 saylı orta məktəbin içtimai işlərində fəal iştirakına görə məktəbin müdriyyəti tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
01 iyun 2010-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mədəniyyət və İstirahət İşləri Departamentinin “1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibəti ilə keçirdiyi “İstedadlar sorağında” müsabiqəsinin qalibi olaraq “Fəxri Fərmanla” təltif olunmuşdur.
01 iyun 2010-cu il tarixində həm də “Yaşıl Teatrda” keçirilən II Bakı Uşaq Festivalında 3 saylı uşaq incəsənət məktəbinin nəfəs alətləri orkestrının solisti kimi iştirak etmişdir.
İbrahim Nəsrullayev bir çox içtimai tədbirlərin ; əmək və müharibə veteranları, kimsəsiz uşaqlar üçün keçirilən xeyriyyə konsertlərinin fəal iştirakçısıdır.
2010-cu ilin sentyabr ayından Rusiya Mədəniyyət Mərkəzinin üzvü seçilmis və burada keçirilən bütün tədbirlərin sevimli və fəal istirakçısıdır.
01 Oktyabr 2010-cu il tarixində Rusiya Federasiyası Səfirliyinin təskilatçılığı ilə Bakıda keçirilən “Dahi Knyaz Yuriy Dolqorukov adına Beynəlxalq Ədəbiyyat Mükafatının” təqdimolunma mərasimində iştirak etmiş və öz ifası ilə hamının rəğbətini qazanmışdır.
31 dekabr 2010-cu il tarixində İçtimai televiziyanın “ Dünya Azərbaycanlılarının həmrəylik günü” münasibətilə təşkil etdiyi “Azərbaycan Çələngi “ adlı bayram tədbirində Rusiya Mədəniyyət Mərkəzinin təmsilçisi kimi iştirak etmişdir.
25 Yanvar 2011 – ci il tarixində Bakidakı Alman- Azərbaycan Mədəniyyət birliyi “Kapellhaus” zalında İbrahim Nəsrullayevin Solo konserti təşkil olunmuşdur. Konsertdə İtalyan, Rus və Azərbaycan xalq mahnılarını ifa etmişdir. Bu konsert münasibəti ilə bir daha “Fəxri Fərmanla” təltif olunmuşdur.
04 may 2011-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi “ İstedada qayğı və diqqət gələcəyə yönəlik sərmayədir” Yaradıcılıq müsabiqəsinin yekunlarına həsr olunmuş konfransın istirakçısı olmuşdur.
10 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasındakı Rusiya Mədəniyyət Mərkəzi və “Azərbaycan-Rusiya” cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Rodniki Duşi” adlı VIII Respublika baxış-musabiqəsində İbrahim Nəsrullayev mahnı nominasiyası üzrə 1-ci yeri tutaraq “Laureat” adına layiq görülməsi barədə Diplomla təltif olunmuşdur.
30 iyun 2011-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Məzun günü” münasibəti ilə “Buta Palace” da keçirilmiş tədbirin fəal iştirakçısı olmuşdur.
02 oktyabr 2011-ci il tarixində “Yeseninskaya osen” ədəbi-musiqi festivalının III musiqi müsabiqəsinin qalibi olaraq Rusiya Federasiyası Səfirliyi və Rusiya Mədəni-İnformasiya Mərkəzi tərəfindən Diplomla təltif olunmuşdur.
03 oktyabr 2011-ci il tarixində Murad Sadıxın Heydər Əliyev adına sarayda keçirilmiş Solo konsertində qonaq qismində iştirak etmişdir.
27 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının BMT- nin Milli Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirin iştirakçısı olmuşdur.
2011- ci ilin sentyabr ayında İbrahim Nəsrullayev Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti seçilmiş və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki musiqi məktəbinin vokal şöbəsinin V sinfinə qəbul olunmuşdur .
18 noyabr 2011 – ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi 47 – N-li məktəbdənkənar Iş Mərkəzinin təşkil etdiyi “ Dirçəliş Günü” nə həsr edilmiş mahnı və solo ifa rayon müsabiqəsində I yer tutduğuna görə “Fəxri Fərman” la təltif olunmuşdur.
14 dekabr 2011-ci il tarixində Rəşid Behbudovun anadan olmasının 93- cü ildönümü münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirin iştirakçısı olmuşdur.
23 dekabr 2011 – ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20- ci ildönümünə “ həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında ifa üzrə Respublika musabiqəsinin mahni nominasiyasında I yer tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin DIPLOMU ilə təltif olunmuşdur.
26 dekabr 2011 – ci il tarixində mərhum millət vəkili Anar Məmmədxanlının xatirəsinə həsr olunmuş tədbirin iştirakçisi olmuşdur.
30 dekabr 2011 – ci il tarixində “ 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibəti ilə Azərbaycan Respublikasının MTN tərəfindən təşkil olunmuş tədbirin fəal iştirakçisi olmuşdur.
17 yanvar 2012 –ci il tarixində Ibrahim Nəsrullayev “LIDER” TV – nin “SOLO” verilişinə dəvət alaraq , canlı verlişin iştirakçisi olmuşdur.
06 mart 2012 – ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 8 Mart beynəlxalq qaıinlar günü münasibəti ilə təşkil olunmuş tədbirin fəal istirakçısı olmuşdur.
17 mart 2012-ci il tarixində Novruz Bayramına həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin “DIPLOMU” ilə təltif olunmuşdur.
21–26 mart 2012- ci il tarixində Estoniyada keçirilən VII Beynəlxalq Akademik Vokal musabiqəsinin qalibi olaraq “ I Premiya ” və “ Artistik ” diplomları ilə təltif olunmuşdur.
27 aprel 2012 – ci il tarixində Azərbaycan Dövlət Dram Teatrında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “ XII – XXI əsr Azərbaycan mədəniyyəti və ədəbi irsinin inkişafi “ na həsr olunmuş tədbirinin istirakçısı olmuşdur.
07 may 2012-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ümümmilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş beynəlxalq müsabiqə qalibləri olan gənc istedadların konsertinin iştirakçısı olmuşdur.
09 may 2012 -ci il tarixində Qələbə günü münasibəti ilə Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirin iştirakçısı olmuşdur.
11 may 2012 -ci il tarixində Azərbaycan Dövlət Uşaq Filormoniyasının Şəki şəhərində keçirdiyi konsertin iştirakçısı olmuşdur.
01 iyun 2012 - ci il tarixində LIDER TV – nin SOLO proqramının Uşaqların Ümumdünya Müdafiəsi günü münasibəti ilə keçirdiyi canlı verilişin fəal iştirakçısı olmuşdur.
08 Iyun 2012 - ci il tarixində S. Vurğun adına Rus Dram Teatrında “ Şərq çırağı” uşaq yaradıçılıq mərkəzinin keçirdiyi tədbirin fəal iştirakçısı olmuşdur.
10 iyun 2012- ci il tarixində Rusiya Mədəniyyət Mərkəzinin Sumqayıt şəhərində təşkil etdiyi konsertin iştirakçısı olmuşdur.
17 avqust 2012-ci il tarixində Rusiya Mədəniyyət Mərkəzinin dahi M.Maqomayevin anadan olmasının 79-cu ildönümü münasibəti ilə keçirdiyi konsertin fəal iştirakçısı olmuşdur.
02 – 09 oktyabr 2012 –ci il tarixində Ukrayna Respublikasının Türkiyədə keçirilmiş VI Beynəlxalq “ TV START ” televiziya müsabiqə – festivalına rəsmən dəvət olunaraq iştirak etmiş və bu müsabiqənin Mütləq Cempionu olaraq ən yüksək mükafata GOLD STAR adına layiq görülərək “GOLD STAR” Diplomu və özəl olaraq “ SHINING STAR” Diplomu ilə təltif olunmuşdur.
18 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibəti ilə təşkil olunmuş tədbirin istirakçısı olmuşdur.
27 dekabr 2012 -ci il tarixində görkəmli Azərbaycan musiqiçisi , dövlət mükafatları laureatı , Azərbaycan Respublikası və SSRI –nin xalq artisti , Baki Musiqi Akademiyasının rektoru , professor Fərhad Bədəlbəylinin 65 – illik yubileyinə həsr olunmuş tədbirin iştirakçısı olmuşdur.
18 fevral 2013 -cü il tarixində Azərbaycan Dövlət Dram Teatrında Bakı Şəhər Təhsil Idarəsinin keçirdiyi “ Tariximizi öyrənək , irsimizi qoruyaq “ adlı tədbirin fəal iştirakçısı olmuşdur.
10 mart 2013 – cü il tarixində 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Rusiya Mədəniyyət Mərkəzində keçirilən bayram konsertinin fəal iştirakçısı olmuşdur.
10 aprel 2013-cü il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm idarəsinin və Suraxanı rayon İcra Hakimiyyətinin birğə keçirdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirin fəal iştirakçısı olmuş və bu iştirakına görə “Təşəkkür” ilə təltif olunmuşdur.
04 may 2013- cü il tarixində 310 saylı orta məktəbdə keçirilən ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirin fəal iştirakçısı olmuşdur.
14 may 2013 - cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev - 90” Prezident təqaüdçüləri, respublika və beynəlxalq müsabiqə laureatları olan gənc istedadların konsertinin fəal iştirakçısı olmuşdur.
15 - 21 may 2013 -cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasındakı Rusiya Mədəniyyət Mərkəzi və “Azərbaycan-Rusiya” cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Rodniki Duşi” adlı IX Respublika baxış-musabiqəsində İbrahim Nəsrullayev rus klassik və xalq mahnılari ifasına görə 1-ci yeri tutaraq “Laureat” adına layiq görülməsi barədə Diplomla təltif olunmuşdur.
01 iyun 2013 - cü il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ibrahim Nəsrullayev qazandığı uğurlarına görə “ İSTEDADLI UŞAQLAR FESTİVALI - 2013 “ DİPLOMU ilə təltif olunmuşdur.
12- 21 iyul 2013-cü il tarixində dünyanın 53 ölkəsinin iştirakı ilə ABS -ın Los-Angeles şəhərində - HOLLYWOOD da keçirilən “WORLD CHAMPIONSHIPS” XVII ÜMUMDÜNYA MUSİQİ OLİMPİADASINDA AZƏRBAYCANI təmsil edərək 3 GÜMÜŞ və 1 BÜRÜNC medalla təltif olunmuşdur.
14 sentyabr 2013 – cü il tarixində 2013 – 2014 – cü il yeni tədris ilinin başlanmasi munasibəti ilə “ BILIK GÜNÜ “ layihəsindəki xeyriyyəçi iştirakina görə Azərbaycan Respublikası “ ZIRVƏ “ Ziyalılar Təşkilatı tərəfindən “TƏŞƏKKURNAMƏ” ilə təltif olunmuşdur.
01 - 08 oktyabr 2013-cü il tarixində Türkiyədə keçirilmiş Ukrayna Respublikasının “ TV START ” VII Beynəlxalq Televiziya Musabiqə - festivalına fəxri iştirakçı kimi dəvət olunmuş və “Children of the Universe“ nominasiyası üzrə qalib gələrək “The Best Singer of the Year” DIPLOMUNA layiq görülmüşdür.
09 – 12 noyabr 2013 - cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ADDIM Yaradıcı Gənclər Assosiasiyası tərəfindən Bakıda keçirilmiş “MODERN ART ACADEMY “ ustad dərslərində VOKAL sənəti üzrə təlim keçərək DIPLOM ilə təltif olunmuşdur.
05 – 09 dekabr 2013 - cü il tarixində Latviya Respublikasının Riqa şəhərində keçirilən RİGA SYMPHONY – 2013 müsabiqəsində vokal nominasiyası üzrə Turkiyə Respublikasının təmsilçisi kimi iştirak edərək II və III yerə layiq görülərək DİPLOM larla təltif olunmuşdur.
25 dekabr 2013- cü il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Rusiya Mədəniyyət Mərkəzinin Azərbaycan Respublikasında fəaliyyətinin 10 illiyinə həsr olunmuş tədbirin fəal iştirakçısı olmuşdur.
02 fevral 2014 –cü il tarixində Azərbaycan gəncləri günü münasibəti ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2013 – cü ildə uğurlu fəaliyyətinə görə Gənclər mükafatına layiq görülmüş və DİPLOM la təltif olunmüşdür.
28 aprel - 01 may 2014 - cü il tarixində Rusiya Federasiyasının Qəhrəman Kursk şəhərində keçirilən “ Velikaya Pobeda – dobıtaya yedinstvom” IV Beynəlxalq Tarixi – Mədəni Forumda “Avrasiya Təhqiqatlar İnstitutu” İnkişaf Fondunun rəhbərliyi tərəfindən təşkil edilmiş nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının layiqincə təmsil olunmasında fəal içtirakına görə DİPLOM la təltif olunmuşdur.
28 may – 25 iyun 2014 – cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADDIM Yaradıcı Gənclər Assosiasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş “Sağlam Həyat” layihəsi təlimlərinin fəal iştirakçısı olmuşdur.
30 may 2014 –cü il tarixində Azərbaycan Respublikasının Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “ AZƏRBAYCANIN GƏLƏCƏYİ “ mükafatına layiq görüldüyünə görə DİPLOM la təltif olunmuşdur.
Ümumilikdə Vokal sənəti üzrə 26 sayda Diplom və Fəxri Fərmanlarla, 7 Medalla təltif olunmuşdur.

 

 (qeyd: səhifə hazirlıq mərhələsindədir...)

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !