Qəbələnin qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur - FOTO

Qəbələnin qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur FOTO

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Göyçay və Qazax məktəbliləri sentyabrın 4-də Qəbələ rayonunun tarixi məkanları, turizm potensialı, istehsal obyektləri və mənzərələri yerləri ilə tanış olublar.
AzərTAc xəbər verir ki, rayon mərkəzində mehribanlıqla qarşılanan tur-aksiya iştirakçılarına əvvəlcə Qəbələnin qədim tarixi və mədəniyyəti barədə qısa məlumat verildi. Bildirildi ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi vardır. Bu şəhərdə inşa edilən ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiyanın iştirakçılarına Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar barədə də geniş məlumat verildi.
Qonaqların üz tutduqları ilk məkan Heydər Əliyev Mərkəzi oldu. Şagirdlər Mərkəzdə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə və sənədlərə böyük maraqla baxdılar. Aksiya iştirakçıları Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında geniş məlumat əldə etdilər. Bildirildi ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Qədim eksponatlarla tanışlıqdan məmnun qalan tur-aksiya iştirakçıları muzeyin önündə xatirə şəkilləri çəkdirdilər.
Qəbələnin dəyərli tarixi abidələrindən olan Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsini maraqla seyr edən tur iştirakçıları səfər proqramına uyğun olaraq Qəbələnin turizm məkanlarına da baş çəkdilər, rayonun görməli yerləri ilə tanış oldular. Qəbələ şəhər məscidi və “Beltmann” piano fabriki ilə yaxından tanış olan şagirdlərin sonuncu dayanacağı və maraqla seyr etdiyi məkan isə “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi oldu.
Kanat xətti ilə 2 min metr hündürlüyü olan dağın zirvəsinə qalxan şagirdlər oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr etdilər, xatirə şəkli çəkdirdilər. Şagirdlərə bölgənin ən çox turist qəbul edən istirahət kompleksində aparılan tikinti işləri barədə məlumat verildi.
Göyçay və Qazax məktəbliləri qədim və müasir Qəbələ şəhərinə ekskursiyadan məmnun qaldıqlarını bildirdilər və xoş təəssüratlarla Şəki şəhərinə yola düşdülər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !