Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb -

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometr hissəsinə paralel olan köməkçi yolun yenidən qurulması və 9-cu kilometr (Biləcəri hissəsində) yeni inşa olunmuş yol ötürücüsünün yanaşma yollarının tikintisi davam etdirilir.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTA-ca bildiriblər ki, eyni zamanda, həmin yol ötürücüsünə paralel yeni yol ötürücüsünün tikintisinə də başlanılıb.
Artıq yol ötürücüsünün dayaqları hazırdır. Yaxın günlərdə aşırım tirlərinin qoyulmasına başlanılacaq.
Layihə üzrə nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra həmin ərazidə nəqliyyatın normal hərəkəti təmin olunacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !