Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Hərbi Hissəsində tədbir keçirilmişdir -

Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Hərbi Hissəsində tədbir keçirilmişdir

Gənclərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərinə hörmət ruhunda tərbiyə olunması dövlət ailə siyasətinin prioritet istiqamətini təşkil edir. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə cəmiyyətin müxtəlif təbəqələri arasında maarifləndirmə layihələri həyata keçirilir.

“Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı layihə çərçivəsində 28 avqust 2014-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı ilə Qəbələ rayonunda tədbir keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Hərbi Hissəsində keçirilmiş tədbirin əsas məqsədi gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanmasıdır.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Hərbi Hissəsinin briqada qərargahının rəisi Polkovnik-leytenant Rəşad Hacıyev qonaqları, hərbi hissənin əsgər və zabit heyətini salamlamış, bu istiqamətdə həyata keçirilən tədbirlərin önəmindən bəhs etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ilk öncə bütün şəxsi heyətə öz işlərində uğurlar arzulamış, daha sonra Komitə və Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin önəmindən bəhs etmişdir. Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından, ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətdən, ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs edən A.Sofiyeva, bu tip maarifləndirmə tədbirlərinin nəticəsində bir çox mənfi halların azaldığını, Komitə tərəfindən Respublikamızın bütün bölgələrində mütəmadi olaraq müxtəlif istiqamətlərdə layihələrin davam etdirildiyini vurğulamışdır.

Daha sonra Qəbələ Rayon YAP Qadınlar Şurasının sədri Arifə Bayramova, Qəbələ Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəna Mahmudova tədbirdə çıxış etmiş, gənclərə öz dəyərli tövsiyyələrini vermişdirlər.

Çıxışlardan sonra tədbir iştirakçıları arasında mövzular ətrafında müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Hərbi Hissənin kitabxanasına Komitə tərəfindən hazırlanmış çap materialları təqdim olunmuşdur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !