Qəbələdə keçirilən mürəbbə festivalı xarici qonaqların böyük marağına səbəb olub -

Qəbələdə keçirilən mürəbbə festivalı xarici qonaqların böyük marağına səbəb olub

Avqustun 24-də Qəbələ şəhərində növbəti mürəbbə festivalı keçirilib.
Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdikləri festival Qəbələ şəhərindəki "Qafqaz Karvansaray" otelində reallaşdırılıb. Festivalı izləyənlər arasında bir neçə ölkənin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri, üç mindən çox yerli və xarici turistlər olub.
Festivalın açılış mərasimində Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmraslanov çıxış ediblər. Natiqlər bildiriblər ki, Azərbaycan mədəniyyəti və kulinariyasını təbliğ etmək məqsədi daşıyan festivalda şirniyyatçıların ən gözəl əl işləri sərgiləməklə yanaşı, satış yarmarka da təşkil olunub. Gələn ildən bu festivalın beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.
Sonra qonaqlar hər bir rayonun şirniyyatçılarının hazırladıqları süfrələrə yaxınlaşaraq samovar çayı ilə müxtəlif çeşiddə olan mürəbbələrin dadına baxıblar. Məlumat verilib ki, ikinci Qəbələ mürəbbə festivalında Şəki, Abşeron, Qobustan, Şamaxı, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Zaqatala, Xaçmaz, Qusar, Quba, Gədəbəy, Goranboy, Gəncə, Oğuz və Qəbələ şirniyyatçıları ilə bərabər, bədii kollektivlər, xalq tətbiqi sənəti ustaları da iştirak edirlər.
Festivalda ilk dəfə təqdim edilən pomidor və badımcan mürəbbələri hamının, xüsusən xarici qonaqların böyük marağına səbəb olub. İşləri qiymətləndirmək üçün 12 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müxtəlif nominasiyalar üzrə qalib elan olunub. Sevda Baxşıyeva (Gəncə şəhəri, çiyələk mürəbbəsi) birinci, Fizzə Mahmudova (Zaqatala rayonu, ərik mürəbbəsi) və Natavan Musayeva (Goranboy rayonu, gül mürəbbəsi) ikinci, Səyyarə Quliyeva (Qəbələ rayonu, heyva mürəbbəsi), Jalə Qədirova (İsmayıllı rayonu, gilas mürəbbəsi), Xəyalə Mikayılova (Oğuz rayonu, gilas mürəbbəsi) üçüncü yeri tutublar.
Festivalda təşkilatçılıq baxımından fəal iştirak edən Qəbələ rayon İcra Hakimiyyətinə qızıl, Xaçmaz və Abşeron rayon icra hakimiyyətlərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub.
Qaliblərə medallarla yanaşı, pul mükafatı və qiymətli hədiyyələr də verilib.
Festival maraqlı konsert proqramı ilə davam etdirilib. (AzərTAc).
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !