Qubada gənclər üçün Avropa Oyunlarına həsr edilmiş düşərgə keçirilib - FOTO

Qubada gənclər üçün Avropa Oyunlarına həsr edilmiş düşərgə keçirilib FOTO

 Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin əməkdaşı Həzrət Qonaqovun “Avrolimp Düşərgəsi” adlı fərdi layihəsi çərçivəsində gənclər üçün düşərgə təşkil olunub. Düşərgədə qızlar və oğlanlardan ibarət 16 nəfərlik gənclər heyəti iştirak edib. İki gün müddətində davam edən düşərgə Bakı-2015 ilk Avropa Oyunlarının təbliğatına həsr edilib və gənclər auditoriyasına bu haqda informativ xidmət göstərməyi özündə ehtiva edir.

Layihə direktorunun verdiyi məlumata görə, "Avrolimp Düşərgəsi"nin başlıca məqsədi dövlətimizin ev sahibliyi etdiyi ilk Avropa Olimpiya Oyunlarının gənclər arasında təbliğatıdır. Düşərgədə gənclər üçün Olimpiya oyunları, eləcə də ilk Avropa Oyunları ilə bağlı təqdimatlar nümayiş edilib. Layihə direktoru ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin mühüm tarixi əhəmiyətindən bəhs edib və bu böyük oyunlar barədə vacib statistik göstəriciləri iştirakçılara çatdırıb. Düşərgə müddətində olimpiya oyunları ilə bağlı müxtəlif video-çarxlar da izlənildi.

Kampın son günü isə layihənin iştirakçıları xüsusi sertifikatlarla və təşəkkürnamələrlə mükafatlandırıldılar və düşərgə həyatından fotolar çəkildi. Xatırladaq ki, proyekt Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !