Qəbələdə daha bir Beynəlxalq Musiqi Festivalı tarixə çevrildi -

Qəbələdə daha bir Beynəlxalq Musiqi Festivalı tarixə çevrildi

Avqustun 1-da Qəbələdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Musiqi Festivalı başa çatdı.
VI Qəbələ Beynəlxalq Festivalının açıq havada keçirilən sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestrinin "Viva opera" adlı maraqlı konsert proqramı təqdim edildi.
Prezident mükafatçısı, Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə baş tutan konsertdə vokalçılar - Xalq Artisti Əli Əsgərov, əməkdar artistlər Fəridə Məmmədova, Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Gülnaz İsmayılova, istedadlı ifaçılar Azər Rzazadə, Yusif Eyvazov çıxış etdilər.
Konsertdə Pyotr Çaykovskinin, Nikolay Rimsi-Korsakovun, Alfredo Katalaninin, Qaytanı Donisettinin , Coakkino Rossininin, Cakomo Puçininin, Cüzeppe Verdinin, Şarl Qunonun , Pyetro Masnkaninin operalarından ariya və romanslar, eləcə də Müslüm Maqomayevin "Azərbaycan" və digər bəstəkarların əsərləri səsləndirildi.
Festivalın yekun konserti yerli əhali və xarici ölkələrdən gəlmiş turistlər tərəfindən sürəkli alqışlarla qarşılandı.
Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. On gün davam edən festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Tədbir həm də Azərbaycan qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilib. Musiqi bayramı yerli və xarici tamaşaçılara unudulmaz anlar bəxş edib. (AzərTAc)
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !