Tanınmış pianoçu Oksana Yablonskayanın çıxışı alqışlarla qarşılandı -

Tanınmış pianoçu Oksana Yablonskayanın çıxışı alqışlarla qarşılandı

Azərbaycanın bir çox bölgələrindən olan qonaqlar, xarici ölkələrdən gəlmiş turistlər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalını izləmək üçün Qəbələyə üz tuturlar.
Iyulun 31-də festivalın proqramına uyğun olaraq Yohannesburq Simfonik Orkestrinin daha bir konserti oldu.
"Yulian Raxlin və onun dostları" Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə keçirilən konsertdə Yohannesburq Simfonik Orkestri Rusiya və Avropa bəstəkarlarının əsərlərini səsləndirdi.
Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya orkestrin müşayiəti ilə Raxmaninovun, Mendelsonun, Mosartın və digər dünya şöhrətli bəstəkarların əsərlərindən parçalar ifa etdi.
Öz mükəmməl ifası ilə O.Yablonskaya Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz anlar bəxş etdi.
Konsert böyük maraqla qarşılandı. (AzərTAc) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !