Quba Milli Qolf Klubu dünya səviyyəli yarışa ev sahibliyi edir - FOTO

Quba Milli Qolf Klubu dünya səviyyəli yarışa ev sahibliyi edir FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” keçirilir.
AzərTAc xəbər verir ki, iyulun 31-də Quba Milli Qolf Klubunda “European Challenge Tour” tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 72 ölkədən 156 oyunçu birincilik uğrunda mübarizəyə başladı.
Turnirdə topa ilk zərbəni vuran Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov idmançılara mötəbər yarışda uğurlar dilədi. Federasiya prezidenti bildirdi ki, “Challenge Tour” hər il 42 ölkədə keçirilir. Bundan sonra bu yarış ənənəvi olaraq hər il Azərbaycanda da təşkil olunacaq. Qolf Azərbaycanda idmanın yeni tanınmaqda olan növü olsa da, qısa müddət ərzində bu sahədə böyük uğurlara imza atılıb. Ölkəmizdə artıq qolf üzrə sayca ikinci yarış keçirilir. Əsas məqsədlərdən biri 2016-cı ildə Rio de Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarında Azərbaycan qolfçularının iştirakını təmin etmək və ölkəmizi beynəlxalq qolf aləminə tanıtmaqdır.
Dörd gün davam edəcək turnir 18 dəlikli “Stroke Play” formatında keçirilir və yarışda yalnız peşəkar kişi qolfçular mübarizə aparırlar. Hər “Challenge tour” mövsümünün sonunda Top-15 yeri tutan qolfçular növbəti mövsümdə “European Tour”da oynamaq hüququ qazanırlar.
Turnirin mükafatlandırma mərasimi avqustun 3-də olacaq.

 

 

Qubada dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” turniri başladı


Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” yarışması start götürüb.
AzərTAc xəbər verir ki, iyulun 30-da “Rixos Quba Azerbaijan” otelində turnirin rəsmi açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov tədbir iştirakçılarını salamladı. Bildirildi ki, Quba Milli Qolf Klubunda 4 gün davam edəcək möhtəşəm qolf turnirində yarışan idmançılar iyulun 31-dən mübarizəyə başlayacaqlar.
Federasiya prezidenti bildirdi ki, “European Challenge Tour”un rəhbərlik etdiyi turnirin Azərbaycanda keçirilməsinin əsas məqsədi ölkəmizi beynəlxalq qolf aləminə təqdim etmək, bu idman növünün inkişafına zəmin yaratmaq, buraya dünya səviyyəli oyunçuları cəlb etməklə respublikamızı yeni qolf məkanı kimi tanıtmaqdan ibarətdir.
Mərasimin fəxri qonaqlarından olan “European Challenge Tour”un direktoru Alen de Sultre qeyd edib ki, “Challenge tour” dünyanın ən istedadlı gənc qolfçularının bacarıqlarını nümayiş etdirməyə şərait yaradan bir turnirdir.
Alen de Sultre bildirdi ki, ölkəmizdə qolfun inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycan Qolf Federasiyası yarandığı qısa müddət ərzində çox yüksək nailiyyətlər əldə edib. Quba Milli Qolf Klubunda beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün ideal şəraitin olduğunu bildirən qonaq, tezliklə azərbaycanlı qolfçuların reytinq sıralamalarında yüksələcəyinə əminliyini ifadə etdi.
Açılış mərasimi konsert proqramı və möhtəşəm atəşfəşanlıqla başa çatdı.
Qeyd edək ki, turnir yalnız peşəkar kişi qolfçular arasında keçirilir. Yarışda “European Challenge Tour” tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 72 ölkədən 156 oyunçu mübarizə aparır. Turnirə qatılan idmançılar İngiltərə, İsveç, Cənubi Afrika, Estoniya, Finlandiya, Fransa, Pakistan, Hindistan, İspaniya, Almaniya, Argentina və digər ölkələri təmsil edirlər.
Turnirin mükafatlandırma mərasimi avqustun 3-də olacaq.

 


Qubada dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” turniri başladı


Qubada dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour”un keçirilməsi cəmi iki ildir ki, fəaliyyət göstərən Azərbaycan Qolf Federasiyasına böyük etimadın əyani təzahürüdür.
AzərTAc xəbər verir ki, bu fikri Azərbaycanın milli qolf yığmasının baş məşqçisi Spenser Li Henderson Quba Milli Qolf Klubunda təşkil olunan yarış haqqında danışarkən bildirib. O, qeyd edib ki, Azərbaycanda ilk dəfə keçiriləcək bu mötəbər yarışa dünyanın 72 ölkəsindən 156 peşəkar qolfçunun qatılması turnirin yüksək səviyyəsindən xəbər verir. Baş məşqçi deyib ki, turnir keçirilən müddətdə bütün qolfsevərlərin diqqəti ölkəmizə yönələcək.
Spenser Li Henderson bildirib ki, dünya səviyyəli oyunçuların iştirak edəcəkləri “Challenge Tour”un təşkili ölkəmizdə qolfun inkişafına təkan verməklə yanaşı, Azərbaycanın yeni qolf məkanı kimi tanınmasında böyük rol oynayacaq.
Baş məşqçi Qubada yerləşən Milli Qolf Klubunda yarışın keçirilməsi üçün ideal şəraitin olduğunu da qeyd edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !