Yohannesburq Filarmonik Orkestri VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramını təqdim etdi - FOTO

Yohannesburq Filarmonik Orkestri VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramını təqdim etdi FOTO

Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri kimi bütün dünyaya səs salan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
AzərTAc xəbər verir ki, iyulun 30-da festivalın proqramına uyğun olaraq Yohannesburq Filarmonik Orkestrinin növbəti konserti oldu.
“Yulian Raxlin və onun dostları” Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə baş tutan konsertdə Yohannesburq Filarmonik Orkestri klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirdi.
Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, skripka ifaçısı Janna Qandelman, VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski orkestrin müşayiəti ilə V.A.Mosartın simfoniyasını, “Fiqaronun toyu” operasından uvertüranı, eləcə də A.Dvorjakın və digər bəstəkarların əsərlərindən parçalar təqdim etdilər.
Öz mükəmməl ifası ilə dünyada tanınan Yohannesburq Filarmonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş etdi.
Yohannesburq Simfonik Orkestri 2000-ci ildə yaradılıb. Bu musiqi kollektivi Avropa və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş konsert proqramları ilə çıxış edib. 

 

 

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera musiqisi axşamı maraqla qarşılanıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə böyük uğurla reallaşdırılan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı sona çatmaq üzrədir.
AzərTAc xəbər verir ki, festivalın proqramına uyğun olaraq Qəbələ şəhərindəki “Qafqaz Resort” otelinin kamera zalında keçirilən növbəti kamera musiqisi axşamında görkəmli Rusiya və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə vokalçılar Fəridə Məmmədova, Səbinə Əsədova, Məhərrəm Hüseynov, beynəlxalq müsabiqələr laureatları, istedadlı pianoçular Tofiq Şıxıyev, İlahə Sadıxzadə və violin ifaçısı Osman Əyyublu məşhur italyan bəstəkarları Bellini, Rossini və Donisettinin əsərlərini ifa etdilər.
Avqustun 1-dək davam edəcək musiqi bayramında görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar çıxış edirlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !