Gənclər paytaxtının gənc istedadlarının sərgisi keçirilib - FOTO

Gənclər paytaxtının gənc istedadlarının sərgisi keçirilib FOTO

Quba rayonunda Azəraycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Həyatını rənglənddir” gənc istedadların rəsm sərgisi keçirilib.
Layihə rəhbəri Vahid Əliyevin verdiyi məlumata görə layihənin gerəkləşdirilməsində əsas məqsəd istedadlı gənclərin əl işlərini geniş ictimaiyyətə tanıtdırmaq, onların peşəkar fəaliyyətə həvəsləndirməkdir.
Sərginin rəsmi açılış mərasimində Quba rayon Gənclər və İdman İdarəsnin rəisi Mustafa Nöhbalayev, Quba Uşaq İncəsənət Məktəbinin direktoru Mirkazım Cəfərov, Quba Gənclər Mərkəzinin rəhbəri Rəxşəndə Bayramova, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, gənc istedadlar və rayon gəncləri iştirak edib.
Çıxış edənlər bu tipli layihələrin əhəmiyyətindən danışıb, Gənclər Fondunun fəaliyyətə başlamasında sonra ölkədə gənclərin ictimai fəallığının artıdğını, bir-birini ardınca müxtəlif məzmunlu və əhəmiyyətli layihlərini gerçəkləşdiyini bildirblər. Bu sərginin də Qubanını istedadlı gənclərinin həyatında önəmini vurğulayıblar.
Gənc rəssam-müəllim Sadıq Məmmədov bildirib ki, Qubada İbrahim Orucov, Rəhman Əliyev kimi gənclərin əl işləri Çexiya və İsveç kimi Avropa ölkələrində müsabiqələrdə uğur qazanıb. Lakin onlar cəmiyyət tərəfindən tanınmır. Bu baxımdan bu sərginin və gələcəkdə də baş tutacaq sərgilərin də gənc istedadların üzə çıxarılıb ictimaiyyətə tanılmasında böyük əhəmiyyəti var.
Rəsmi açılışı bildirən qırmızı lent kəsildikdən sonra sərgi iştirakçıları gənclərin əl işləri ilə tanış olublar.
Qeyd edək ki, 3 gün davam edən sərgidə 50 gəncin 114 rəsm əsəri, 27 keramika nümunəsi və 20-dən artıq müxətlif toxuculuq nümunələri nümayış etdirilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !