VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera musiqisi axşamı -

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera musiqisi axşamı

Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi böyük əks-səda doğuran VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
Iyulun 24-də Qəbələ şəhərindəki "Qafqaz Resort" otelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirildi.
Musiqi axşamında tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə çıxış etdilər.
Konsertdə müxtəlif nüfuzlu beynəlxalq festivalların iştirakçıları, mötəbər yarışmaların qalibləri - gənc istedadlı pianoçu Aslan Aslanovun, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Kənan Mayılovun, violonçel ifaçısı Murad İbrahimovun səsləndirdikləri əsərlər də tamaşaçıların zövqünü oxşadı.
Musiqi axşamında Frederik Şopenin, Sergey Raxmaninovun, Pyotr Çaykovskinin, Dmitri Şostakoviçin, Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin əsərləri səsləndirildi.
Musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. (Azər TAc)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !