Moskvadan Qəbələyə yeni müntəzəm aviareyslərə start verilib - FOTO

Moskvadan Qəbələyə yeni müntəzəm aviareyslərə start verilib FOTO

Qəbələ. Elvin Yaqubov-APA. Rusiyanın “Metrojet” Aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm uçuşlara başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə iyulun 24-də axşam saatlarında Qəbələ Beynəlxalq Hava Limanında Moskvadan gələn ilk təyyarənin təntənəli qarşılanma mərasimi olub. Yeni beynəlxalq aviareysin ilk sərnişinlərinin qarşılanması münasibətilə Qəbələ aeroportunda keçirilən tədbirdə Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, “Metrojet” aviaşirkətinin Baş direktoru Mordvinçev Sergey Petroviç, şirkətin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Rəhim Əliyev, “Qlobus” turizm şirkətinin rəhbəri, “Metrojet” aviaşirkətinin Azərbaycandakı tərəfdaşı Eldəniz Səfərov və başqaları iştirak edib.
Mərasimdə məlumat verilib ki, Bakı vaxtı ilə saat 18:00-da Moskvanın Domodedovo aeroportundan havaya qalxan təyyarə Bakı vaxtı ilə saat 20:30-də Qəbələ Beynəlxalq Hava Limanına enib. Təyyarənin göyərtəsində ümumilikdə 180 sərnişin olub. Sərnişinlərin əksəriyyəti Azərbaycan və Rusiya vətəndaşları, eləcə də yerli və xarici iş adamları, əcnəbi turistlər olub. Qəbələdən isə təyyarə həmin gün saat 22:00-də təkrar olaraq Moskvaya uçub. Qəbələdən Moskvaya uçan təyyarənin göyərtəsində isə 175 sərnişin olub. Uçuşlar “Airbus-320” avialayneri ilə hər həftənin 2, 4 və 6-cı günləri yerinə yetiriləcəkdir.
Moskvadan Qəbələyə bir aviabiletin qiyməti 69 avrodan başlayan qiymətlərlə təşkil edir. Tədbirdə bildirilib ki, “Metrojet” şirkəti gələcəkdə Moskvadan Qəbələyə gündəlik aviareyslər təşkil etməyi, eləcə də Qəbələdən Rusiyanın dıgər şəhərlərinə uçuşlar keçirməyi planlaşdırır. Hazırda “Metrojet” aviaşirkəti “Qlobus” turizm şirkəti ilə birgə Rusiyadan olan turistlər üçün Qəbələ və Azərbaycanın digər turizm rayonlarına müntəzəm turpaketlər təşkil edir. Qəbələdən xarici ölkəyə yeni müntəzəm aviareysin açılmasında əsas məqsəd sərnişinlərə xidmət etməklə yanaşı, ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qəbəldə, şimal və şimal-şərq rayonlarında turizmin inkişafına təkan vermək, xarici turistləri bölgəyə cəlb etməklə yerli turizmin imkanlarını nümayiş etdirməkdir.
Çıxışlarda eyd edilib ki, bu günədək Qəbələ Beynəlxalq Hava Limanından Avropanın 20-dən çox ölkəsinə dəfələrlə, Afrika və Amerika qitələrinin hər birinə isə bir dəfə uçuşlar olub. Hazırda isə Qəbələ Beynəlxalq Hava Limanından müntəzəm olaraq Qəbələ-Moskva-Sank-Peterburq, Moskva-Qəbələ, Bakı-Qəbələ aviareysləri həyata keçirilir. 2012-ci ilin noyabrından bugünədək Moskva-Qəbələ və Qəbələ-Moskva-Sankt-Peterburq marşrutu üzrə həyata keçirən müntəzəm aviareysləri isə Rusiyanın “EK.Alyans” Aviaşirkəti təşkil edir.
Qeyd edək ki, 2011 il noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qəbələ beynəlxalq aeroportu dünyanın ən yüksək standartlarına cavab verir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !