Qubada Gənclər Fondunun dəstəyi ilə gənc istedadların sərgisi təşkil ediləcək -

Qubada Gənclər Fondunun dəstəyi ilə gənc istedadların sərgisi təşkil ediləcək

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Qubada ilk dəfə geniş miqyasda gənc istedadların əl işlərindən ibarət sərgi keçiriləcək.
Layihə rəhbəri Vahid Əliyevin verdiyi məlumata görə artıq sərginin uğurlu təşkili üçün Quba rayon Gənclər və İdman İdarəsi, Quba rayon Uşaq İncəsənət Məktəbi və gənclər təşkilatlarının nümayəndələindən ibarət işçi qrupu yaradılıb. İşçi qrupu gənc istedadların əl işlərindən ibarət nümunələrin toplanması və sərgi üçün seçilməsi prosesini həyata keçirdikdən sonra müəyyən edilən əl işləri sərgidə nümayiş etdiriləcək. 3 gün davam edəcək sərgidə rəsm, keramika, müxtəlif toxuculuq üzrə əl işlərinin nümayişi nəzərdə tutulur.
Layihənin icrasının əsas məqsədi gənclər paytaxtı Qubanın gənclərinin ictimai həyatda aktivliyinə dəstək olmaq, eyni zamanda istedadlı gənclərin üzə çıxarılması, onların həvəsləndirilməsi və cəmiyyətə tanıdılmasıdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !