Qəbələ VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert -

Qəbələ VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert

İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi axşamı olub.
AzərTAc xəbər verir ki, Qəbələ şəhərindəki “Qafqaz Resort” otelinin kamera zalında təşkil edilən konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Ceyran Mahmudova musiqi axşamında səslənəcək əsərlər barədə məlumat verib.
Konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar ifa olunub.
Musiqi axşamında müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı olan istedadlı pianoçu, Polşa Respublikasının fəxri diplomuna layiq görülmüş, Əməkdar Artist Nərgiz Əliyarova, İstanbul Dövlət Konservatoriyasının professoru, Xalq Artisti, violonçel ifaçısı Eldar İsgəndərov çıxış ediblər.
Konsertdə Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən Səyahət, “Yeddi Gözəl” baletindən Adajio, Fikrət Əmirovun “Poema-Monoloq”, eləcə də Avropa bəstəkarlarından Frederik Şopenin “İki Vals”, Dmitriy Şostakoviçin “Skerzo”, Sergey Raxmaninovun “Elegiya” əsərlərindən parçalar səsləndirilib.
Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirən Eldar İsgəndərov ABŞ, Yaponiyanın möhtəşəm musiqi salonlarında geniş konsert proqramı ilə çıxış edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarova isə Sergey Raxmaninov adına beynəlxalq kursda ixtisasını təkmilləşdirib.
Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycanla yanaşı, xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar çıxış edəcəklər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !