Dövlət gənclər siyasəti - dünən, bu gün və sabah - FOTO

“Dövlət gənclər siyasəti - dünən, bu gün və sabah” FOTO

“Dövlət gənclər siyasəti - dünən, bu gün və sabah” Dövlət gənclər siyasətinin tarixi inkişafına nəzər salaraq 26 iyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 20 illiyini təntənəli şəkildə qeyd etmək, fəal yeniyetmə və gəncləri stimullaşdırmaq üçün onları təltif etmək, mənəvi inkişaflarına şərait yaratmaq, habelə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədilə Ağdam rayon Gənclər və idman idarəsi tərəfindən Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Dövlət gənclər siyasəti - dünən, bu gün və sabah” adlı təntənəli tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət etmiş, abidənin qarşısına tər qızıl güllər düzərək, Ulu Öndərin xatirəsinə öz ehtiramlarını bildirmişdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etmişdir. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi Elnur Əmədov ölkəmizdə dövlət gənclər siyasətinin təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Ulu Öndərin gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirmiş, bu barədə hazırlanmış film qonaqlara təqdim edilmişdir. Daha sonra YAP rayon təşkilatının sədri İsgəndər Quliyev, İdarənin baş məsləhətçisi Anar Əsgərov, rayon İcra Hakimiyyətinin nümayəndəsi Zahid Əkbərov, rayonun fəal gənci Xəyyam Qurbanov və digərləri çıxış edərək bu gün xalqımız tərəfindən bir mənalı olaraq dəstəklənən uğurlu daxili və xarici siyasətin təməlində Ulu Öndərin dayandığını vurğulayaraq, sevindirici hal kimi ölkə rəhbəri cənab İlham Əliyevin bu işləri daha da çağdaş tələblərə cavab verən şəkildə davam etdirməsini xüsusi olaraq qeyd etmişdilər. Bütün bunlar isə öz növbəsində gənclərimizin gələcəyə inamla və nikbin baxmasını təmin edir. Tədbirin sonunda rayonun ictimai-mədəni həyatında fəal olan yeniyetmə və gənclər fəxri fərman və xatirə hədiyyələrilə təltif olunmuşdur.
Elgun Rəhimov - AZpress
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !