Baş nazirin müavini Əli Həsənov Ağdam rayonunda səfərdə olub - FOTO

Baş nazirin müavini Əli Həsənov Ağdam rayonunda səfərdə olub FOTO

İyulun 18-də Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədi ilə Ağdam rayonunda olub.
Qəsəbədə tikintinin gedişi ilə tanış olan Ə. Həsənov əvvəlcə 440 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, tikinti işləri başa çatıb, bina lazımi avadanlıqlarla təmin olunub. Ə. Həsənov burada şagirdlərin xor ifasına və idman zalındakı məşqlərə baxıb. Baş nazirin müavini daha sonra uşaq bağçasında görülmüş işlərlə maraqlanıb, icraçılara qəsəbədə işlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıq və tövsiyələriini verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq 70 hektar ərazidə 632 evdən ibarət qəsəbənin tikintisi başa çatıb. Qəsəbədə 50 birotaqlı, 296 ikiotaqlı, 242 üçotaqlı, 44 dördotaqlı ev, həmçinin 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, həkim məntəqəsi, poçt binası inşa edilib, qəsəbədaxili yol, su və qaz çəkilişi başa çatıb. Yeni qəsəbədəki mənzillərə rayonun “Dörd yol” ərazisində və yol kənarlarında məskunlaşmış məcburi köçkünlər köçürüləcəkdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !