"ŞANSSIZ UŞAQLARIN ŞANSI OLACAĞAM - FOTO

"ŞANSSIZ UŞAQLARIN ŞANSI OLACAĞAM” FOTO

O, 15 ildən coxdur ki, Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur. Bu illər ona nə qazandırıb, nə itirtdirib? Ali təhsil alan kimi gənc aktyorlar o biri teatrların səhnəsində çıxış edə bilmək üçün dəridən-qabıqdan çıxarkən niyə səhnədə gizlənməyi seçib? Halbuki Kukla Teatrının səhnəsində görünən, tanınan, məşhurlaşan kuklalardır axı, onlara əmək sərf edən zəhmətkeş aktyorlar görüntüdən kənarda qalır.Cox zaman səhnədə görünməyən kuklaların arxasında “gizlənən” bu aktyorlar səsləri ilə yaddaşlara yazılır, onları yalnız səslərindən tanıya bilirlər. Onda isə belə deyirlər: “bu Cırtdanın səsidir, o Təpəgözün səsinə oxşayır”… Onun səsi, səsləndirməsi cox aktyordan seçilir, elə buna görə də xeyli irəli gedə bilib. Yox, o çörək qazanmaq üçün müğənniliyi özünə peşə seçənlərdən deyil, o dublyajı seçib. Daha doğrusu, dublyaj üçün seçilib. Çünki peşəkar, istedadlı və sevilən sənətkardır, uzun illərdir Kukla Teatrının səhnəsində bir-birindən maraqlı, yaddaqalan, uşaqlara kuklaları, kuklalara isə özünü sevdirməyi bacaran sevimli aktyor və səmimi insandır. O, Rəhim Rəhimovdur.
- Rəhim bəy, uzun illərdir Kukla Tetarının aktyorusunuz. Maraqlıdır, cansız kuklalarla dil tapmaq çətindir ya canlı insanlarla?
- – Mənə elə gəlir ki hər ikisi ilə dil tapmaq çətindir. Çünki kuklalar ayrı-ayrı personajlar, obrazlardır, dilsiz və cansızdırlar, onları dilləndirmək, canlandırmaq, az yaşlı tamaşaçıara bütün bunları çatdırmağa çalışmaq lazımdır. İnsanlara gəldikdə isi qarşındakını anlamaq, onu başa salmaq, münasibət qura bilmək və bu münasibəti qoruyub saxlamaq gərəkdir. Bütün bunları bacara bilmək o qədər də asan deyil.


- Mərhum sənətkarımız Yaşar Nurinin tələbəsi olmusunuz, onu necə xatırlayırsınız?
- Bəli, mən Yaşar müəllimin tələbəsi olmuşam, onu xatırlamamaq mümkündürmü? Onun sənətkarlığı barədə bütün xalq bilir, söhbət müəllimliyindən gedirsə, tələbələri üçün böyük ürəklə əmək sərf edən bi müəllim idi. Tələbələrinə aktyorluq, rejissorluq sənətini xəsislik etmədən öyrədirdi, zəhməti boşuna getməyəndə, yəni bizə öyrətdikləri istədiyi effekti verəndə cox sevinirdi. Yaşar müəəlimdən biz, bütün tələbələri cox şey öyrəndik, ruhu şad olsun.


- – Kukla teatrına necə gəldiniz?
- – Kukla teatrına işə gəlməyim təsadüfi oldu. 1996-cı ildə mən hələ universitetdə oxuyurdum. Mənə dedilər ki Kukla Teatrına yeni gənc işçilər yığılır. Mən də baş vurdum. Elə oldu ki bəxtim gətirdi. Teatrın o vaxtkı baş rejissoru Rəhman Əlizadə gənclərin arasından məni seçdi. Qısa vaxtda mənə də səhnədə ıollar verilməyə başladı. O vaxtdan bu günədək bir cox sənətkarlarımızla çiyin-çiyinə çalışmışam. Onların arasında dünyasını dəyişənlər də var. Artıq 15 ildir I Kukla teatrının səhnəsindəyəm və bu teatra bütün varlığımla bağlıyam.


- “Ələkbər əmi”… Adı uşaqların yaddaşına belə yazıldı. Siz rəhmətlik Ələkbər Hüseynov kimi bir sənətkarla cox işləmisiniz, ondan nələri öyrəndiniz?
- – Mən təkcə Ələkbər Hüseynovla birgə işləməmişəm. Özümü həmişə onun tələbəsi kimi hiss etmişəm. Onu özümə ustad bilmişəm. Kuklalarla işləməyi, personajlar yaratmağı, səhnədə məharətli bir aktyor olmaq bacarığını, peşəkarlığı ondan öyrənmişəm. Onun mənim aktyor kimi yetişməyimdə böyük zəhməti olub. Bütün oynadığı tamaşalarda mənə də yer verib. Cox təəssüf ki Ələkbər əmini cox tez itirdik. İyulun 7-I doğum günü idi. Mən həmişə onun doğum və ölüm günündə məzarını ziyarət edirəm. Çünki bu sənətə gəlməyim bu sənətdən çörək qazana bilməyim üçün ona və Rəhman Əlizadəyə borclyam.


- Çörək demişkən, aktyorların maaşının az olması kimsəyə sirr deyil. Ailə sahibisiniz, necə dolanırsınız?
- Bunun üçün də Ələkbər Hüseynova borclyam. Ona görə ki o daim uşaq tədbirlərində, çəkilişlərdə olurdu. Ona bu işdə köməkçilər lazım olurdu. Həmişə gedərkən yanında gənc aktyorlardan götürdü. Mən isə demək olar ki hər zaman onun yanındaydım. Çünki çevik, diqqətcil, öyünmək olmasın, bacarıqlı bir gənc aktyor idim. Onu bir işarəsindən anlayırdım. Ələkbər əmi qazandığından zəhmətim üçün müəyyən qədər pul verirdi, bu mənim tələbə vaxtlarım üçün cox kömək idi. Sonralar uşaq məclislərində aparıcılıq etməyə başladım. Toylara heç vaxt tamada getməmişəm, mənə elə gəlir ki bunu bacarmaram, amma uşaq məclislərində işimi cox gözəl bilirəm. Sonra uşaq verilişləri, dublyaj… Aktyor kimi səlist danışığmı, səs tonumu bəyəndikləri üçün telekanallardan dəvətlər almağa başladım. Bunları deməkdə məqsədim budur ki artıq ailə quranda, övladlarım dünyaya gələndə bu cür pis-yaxşı pul qazanmağa başlamışdım və ailəmi halal zəhmətimlə, sənətimlə dolandırıram min şükür. Demək olar ki mənim əsas qazanc yerim dublyajdı, yoxsa teatrın cüzi maaşı ilə ailə yox, heç tək özünü saxlamaq belə mümkün deyil.


- – Məcburiyyət qarşısında qalıb aktyorluq sənətini atmaq istəmisinizmi?
- – Bəli olub, istəmişəm, amma bacarmamışam. Dəfələrlə teatrdan ərizə yazıb getmişəm. Amma həmişə ya rəhbərlik tərəfindən geri çağırılmışam, ya dözəmməyib geri qayıtmışam. Mən bu sənətdən ayrı qalammıram, özümdən asılı deyil. Amma bir aktyor dostum bu sənəti tamamilə atdı. Təhsilini, işini, peşəsini tamamilə dəyişdi. Bir neçə ildir ki o gəmidə işləyir. Həmin işindən qazandığı pulnan qısa vaxtda, özü üçün maşın, ev aldı, maddi vəziyyətini xeyli normallaşdırdı. Özünə qismət, dostumdur, əlbəttə ki bu məni sevindirir, amma bütün bunları qazandıqca, o səhnəni, səhnə isə bir istedadlı aktyor itirdi. Onu qınamıram da maddi imkan insan üçün vacibdir. Bacaran başının çarəsinə baxır. Mən bunu bacarmıram, inanın ki bircə həftə teatrda bir tamaşada çıxış etməsəm özümü nəsə itirmiş kimi hesab edirəm.


- – Buna peşə xəstəliyi ya sənətin vurğunu demək olar?
- – Məncə buna sevgi demək olar, sənətə sevgi…


- Kukla Teatrında 15 il öz sözünüzü demisiniz? Aktyorluqdan ayrıla bilmədiyinizi söylədiniz, bəs oradan ayrılıb başqa bir teatrda fəaliyyət göstərmək fikriniz varmı?
- Bilirsiniz, Kukla Teatrı mənim evim kimidir. Oradan ayrılmağım mümkün deyil. Dəvətlər olub Rəhmətlik Rəhman Əlizadə sağ olarkən. Amma mənə bu çörəyi o verib, mənim çıxıb getməyim ona pis təsir edərdi deyə getməmişəm. Rəhman müəllim teatrımızın aktyorlarına qarşı cox qısqanc idi, teatrı evi, aktyorları ailəsi kimi sevirdi, başqa teatra gedəni öz ocağına xəyanətkar kimi qəbul edirdi, bu ona cox pis təsir edirdi. Mən bu xəyanəti etmədim və nə yaxşı ki etmədim. Rəhman müəllim bir neçə ildir rəhmətə gedib, mən ona qarşı bu addımı atsam indi vicdan əzabı çəkərdim. İndi də o həyatda olmasa də bu prinsipə hörmət edirəm, heç vaxt Kukla Teatrına xəyanət etməyəcəm. Həm direktorumuzdan tutmuş bütün hər kəsdən cox razıyam, hər birimiz teatrımız üçün onu sevə-sevə zəhmət çəkirik.


- Axı siz istedadlı bir aktyorsunuz, potensialınız coxdur?
- Bəli, yetərincə aktyor potensialım var, rollar oynamaq istərəm. Səviyyəli seriallarımızda səviyyəli rollar…


- Seriallarımız sizcə səviyyəsizdir?
- Var. Amma hamısını səviyyəsiz adlandırmaq olmaz. Seriallarımızı səviyyəsiz edən bilirsiniz nədir? Peşəkar aktyorların yerinə bu sənətdən xəbəri olmayanları, kimlərinsə qohumlarını dəvət edib çəkmək. İllərin peşəkar aktyorlarına qəpik-quruş, sənətdən xəbəri olmayanlara isə yaxşı pul vermək. Kimlərin və nələrinsə xatirinə…


- Tamamilə haqlısınız. Bəzilərini efirdə baxıb izləmək belə mümkün deyil.
- Ən böyük biabırçılıq bilirsiniz nədir? Ləhcə ilə danışmaq. Səhnədə səlist, mükəmməl danışıq olmalıdır. Aktyorun nəinki səhnədə, həyatda belə danışığında ləhcə olmamalıdır, ədəbi dildə danışmalıdır hər zaman.


- Ürəyinizdən necə bir rol oynamaq keçir, yəni hansı janrda?
- Dramatik. Bu mənim arzumdur. Düzdür, coxlarına elə gəlir ki mən komediya janrında dramdan daha gözəl oynayaram, çünki xaraktercə, şən, zarafatcıl insanam. Bu bəlkə də uşaq aktyoru olmağım, uşaqlarla işləməyimdən irəli gəlir. Amma mən əminəm, özümə arxayınam ki cox güclü dramatik bir rol oynamağı bacararam və belə bir rola dəvət almağı arzulayıram.


-Sizi bu bir neçə illər ərzində telekanalların uşaq verilişlərində də görürük.
- – İnşallah qismət olsa daha cox görəcəksiniz. Bir yeni layihəmiz var, hələ ki açıqlamıram, çəkilişlərə başlamışıq, yəqin ki sentyabrdan efirə gedəcək.


- – Yəqin ki yenə də uşaqlarla bağlıdır?
- Bəli, uşaqlarla bağlı amma cox fərqli bir veriliş. Bütün istedadlı uşaqları axtarıb tapıb verilişə çəkmək, onları bütün Azərbaycana tanıtmaq istəyirəm. Uşaq evlərindəki kimsəsiz, ucqar rayonlardakı imkansız istedadları arayıb axtarıb tapacağam. Efirə çıxmaq imkanı olmayanların istedadlarının məhv olmasına imkan verməyəcəm. Adamı olmayanların şansı olacağam. Üzə çıxa bilməyən, itib-batan bir uşağın istedadını aşkar etmək, onu məhv olmağa qoymamaqdan gözəl nə ola bilər axı? Vətənimin, xalqımın balalarına, balacalara imkanım çatan qədər bu sahədə dayaq olmaq niyyətindəyəm. Bu mənim ən böyük arzumdur.
- Uğur olsun, Rəhim bəy. Sizin uğurlarınız bol olsun ki Azərbaycanın istedadlı balalarına hər zaman uğur gətirə biləsiniz. Bizdə coxdan dəbdə olan qəribə bir söz var “dayday”. Arzu edirik ki arzularınıza çatasınız, “daydayı” olmayan istedadların “şans daydayı” olasınız…
SÖHBƏTLƏŞDİ: DİLARƏ ZAMANOVA
FOTOLAR PƏRİ ARİFQIZI Azpress.az ve aygunzer.az sayti ucun

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !