Qəbələdə Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi Layihəsi çərçivəsində təlim keçirilmişdir -

Qəbələdə “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi çərçivəsində təlim keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi və BMT İnkişaf Proqramının birgə icra etdiyi “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi çərçivəsində Qəbələ şəhərindəki “Qafqaz Sport hotel” in konfrans zalında zəif dağ icmalarının sel və daşqın təhlükələri risklərinin azaldılması üçün “Sel və Daşqınlardan Erkən Xəbərdarlıq Sistemləri” haqqında təlim keçirilmişdir. Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının zəif dağ icmalarından olan nümayəndələrinin cəlb olunduğu seminarda FHN Şimal-Qərb Regional Mərkəzi, FHN Su Ehtiyyatları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən nümayəndələr, eləcə də bir sıra yerli və xarici ekspertlər iştirak edirdilər.

Tədbiri BMT-nin İnkişaf Proqramının Layihələr üzrə Meneceri Məzahir Əfəndiyev açıq elan edərək, layihənin məqsədləri və gözlənilən əsas nəticələr haqqında iştirakçılara geniş məlumat verdi. Sonra “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində layihə heyəti, milli və beynəlxalq ekspertlərin prezentasiyalı çıxışları dinlənildi.

Daha sonra, daşqınlara qarşı erkən xəbərdarlıq qabiliyyətinin gücləndirilməsi üçün iştirakçılar arasında xəbərdarlıq sisteminin tərkib hissələri olan risklər üzrə bilik, monitorinq və xəbərdarlıq, rabitə və məlumatın ötürülməsi, cavab bacarığı haqqında qrup müzakirələri keçirildi.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !