"2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsinin ikinci mərhələsi. Vətəndaş Cəmiyyəti ilə Dialoq: Gənclər" - FOTO

"2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsinin ikinci mərhələsi. Vətəndaş Cəmiyyəti ilə Dialoq: Gənclər" FOTO

BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin Milli Məsləhətləşmələrinin ikinci mərhələsinin növbəti müzakirələri Quba şəhərində baş tutmuşdur.
Tədbirdə Quba şəhər İcra Hakimiyyətinin rəsmisi, BMT-nin İnkişaf Proqramının mətbuat katibi Ruslan İsmayılzadə və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Hüseynovun açılış nitqi ilə çıxış edib.
"2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adı altında keçiriləcək məsləhətləşmələrdə QHT-lər, gənclər təşkilatları, hökumət qurumları, media nümayəndələri və fəal gənclər iştirak etmişdir. Bu məsləhətləşmələrdə əsas məqsəd qazanılmış təcrübəni və ölkəmizin qarşısında duran məqsədləri nəzərə alaraq, keçirilmiş məsləhətləşmələrdə müəyyən olunmuş prioritetlər üzrə Azərbaycan vətəndaşlarının fikrini öyrənmək və təkliflər almaqdır.
Tədbir çərçivəsində gənclər və müxtəlif qurumların nümayəndələri öz fikirlərini bölüşmüş və təkliflərlə çıxış etmişdir. Bütün təkliflər dinlənilmiş və qeydə alınmışdır.
Xatırladaq ki, Milli Məsləhətləşmələrinin ikinci mərhələsinin ilk müzakirələri Gəncə şəhərində keçirilmişdir. Gəncədə keçirilən müzakirələrdə fəal iştirak edən gənclər tərəfindən səhiyyə, təhsil, gender bərabərliyi, sahibkarlığa dəstək, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, vətəndaş cəmiyyətinə və gənclərə dəstək olan şirkətlərə dövlət tərəfindən imtiyazların ayrılması və başqa bu kimi məsələlərə toxunulub. Müzakirələr zamanı gənclər tək görmək istədikləri dəyişikliklər haqqında fikirlər səsləndirməklə kifayətlənməyib, eyni zamanda onların icra mexanizmlərini təklif edib.
Qeyd edək ki, müzakirələr zamanı toplanmış təkliflər milli məsləhətləşmələr üzrə yekun hesabata daxil olunacaq və müvafiq qurumlar arasında yayılacaq. Bundan əlavə, məsləhətləşmələrin nəticələri BMT-nin Baş Katibinin Hesabatına salınaraq 2015-ci ildən sonrakı BMT İnkişaf Gündəliyini formalaşdıracaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !