"Quba - Xaçmaz zonası üzrə Gənclərin Folklor Festivalı" - FOTO

"Quba - Xaçmaz zonası üzrə Gənclərin Folklor Festivalı" FOTO

27-28 iyun 2014-cü il tarixdə Quba rayonunda "Quba - Xaçmaz zonası üzrə Gənclərin Folklor Festivalı" keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədi ilə keçirilən tədbirin proqramına əsasən seçim turu başa çatdıqdan sonra Quba rayonunun mərkəzi meydanında tanınmış incəsənət xadimlərinin iştirakı ilə qala konsert və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun məsul əməkdaşlarından ibarət yaradılmış münsiflər heyətinin qərarına əsasən festivalda Quba rayonunun folklor qrupu I yerə, Şabran rayonunun folklor qrupu II yerə və Xaçmaz rayonunun folklor qrupu isə III yerə layiq görülmüşdür. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Fəxri Fərman"ları və qiymətli hədiyyələr təqdim edilmişdir.  

 

Foto: DİLAVƏR NƏCƏFOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !