Mədəniyyət və Turizm Nazirliyi Qəbələrayonunda keçirilən 5-ci Azərbaycan – Rusiya regionlararası forumunda iştirak edir -

Mədəniyyət və Turizm Nazirliyi Qəbələrayonunda keçirilən “5-ci Azərbaycan – Rusiya” regionlararası forumunda iştirak edir

Cari ilin 23 - 24 iyun tarixlərində Qəbələ rayonunda keçirilən "5-ci Azərbaycan - Rusiya" regionlararası forumu çəçivəsində Qəbələ Mədəniyyət Mərkəzində nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə turizm sənayesinin nümayəndələri arasında görüş keçirilmişdir.
Sözü gedən görüşdə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, AzərbaycanTurizm Assosiasiyasının idarə heyətinin müdiri Nahid Bağırov, turizm şirkətləri və mehmanxanalarda daxilolmaqla, turizm sənayesini təmsil edən bir sıra nümayəndələr iştirak etmişdir. Görüşün əsas məqsədi turizm sahəsində kadr hazırlığı, təhsil, xidmət keyfiyyətinin səviyyəsi, getmə və gəlmə turizm və bir sıra digər məsələləri əhatə edən problemlərin və gələcək perspektivlərin müzakirəsi və Nazirliyin bu problemlərin həlli yollarında sənayeyə verə biləcəyi dəstəyin müəyyənləşdirilməsi olmuşdur.
Xatırladırıq ki, Nazirlik ilə turizm sənayesi arasında bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !