Dövlət müşaviri Ağdam rayonunda görüş keçirdi - FOTO

Dövlət müşaviri Ağdam rayonunda görüş keçirdi FOTO

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Qarabağ bölgəsinə səfəri çərçivəsində ziyalılar və din xadimləri ilə növbəti görüşü Ağdam rayonunda keçirmdi.
AzPRESS xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək, ümummilli liderin xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Ağdam Dövlət Dram Teatrında keçirilən görüşdə çıxış edən Kamal Abdullayev ölkəmizdə dövlət-din münasibətlərinin prioritet istiqamətləri, milli-mənəvi dəyərlərin, tolerantlığın qorunub saxlanılması, Azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində görülən işlərdən, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti tərəfindən həyata keçiriləcək layihələrdən danışmışdır.
Görüşdə yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət və cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanmış, zəngin multikultural ənənələrin qorunub saxlanması və inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilmişdir. Xüsusən gənc nəslin milli-mənəvi dəyərlər və Vətənə sədaqət ruhunda tərbiyə olunmasında məscidlərin roluna və din xadimlərinin üzərinə düşən vəzifələrə diqqət yönəldilmişdir. Qeyd olunmuşdur ki, məscidlər təkcə ibadət məkanı deyil, həmçinin mədəniyyət ocağı olmalı, burada dini kitablarla yanaşı dünyəvi kitablar da saxlanılmalıdır.
Sonra dövlət müşaviri Xındırıstan kənd məscidində və Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahında olmaraq, din xadimləri ilə söhbətlər apardı 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !