Qəbələ şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və II Beynəlxalq yarışları keçirilir -

Qəbələ şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və II Beynəlxalq yarışları keçirilir

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və "Gənc xilasedici" II Beynəlxalq yarışları keçirilir.

İyunun 22-də yarış iştirakçıları Bakı şəhərində Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar.

Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın məzarları ziyarət edilmişdir.

İyunun 23-də Qəbələ şəhərində yarışların açılış mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad Hüseynov yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliyini ifadə edib.

Beynəlxalq yarış çərçivəsində Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Belarusdan olan təmsilçilər, həmçinin respublika birinciliyi uğrunda yarışan 16 rayon və şəhər komandaları "Maneələr zolağı", "Kombinə edilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi", "Komandaların təqdimatı" və "Divar qəzeti" mərhələlərində güclərini sınayırlar.

Yarışların bağlanışı mərasimi iyun ayının 28-də olacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !